MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
Azərbaycanda yaxın vaxtlarda baş tutması gözlənilən növbədənkənar parlament seçkiləri son günlərin ən aktual mövzularından birinə çevrilib. 2020-ci ilin fevralından işə başlayan və 2-3 ay sonra fəaliyyətini başa vuracaq Milli Məclisin fəaliyyətinə münasibət birmənalı deyil.
Ona görə ki, hazırkı parlamentdə iclaslarda danışmayan, aparılan müzakirələrdə ağzına su alıb oturan, passivlik nümayiş etdirən xeyli sayda deputat təmsil olunur. Necə deyərlər, ya zəlzələdən, ya vəlvələdən, mandat qazanıb, Milli Məclisdə təmsil olunan bu deputatlar taleyüklü, milləti narahat edən ciddi məsələlərdə əksər hallarda susmağa üstünlük verirlər. Bu siyahıya illərdir parlamentdə kök salmış köhnə simalarla yanaşı, ilk dəfə bu postda təmsil olunan xeyli gənc deputatı da aid edə bilərik.
Parlamentdəki günləri susmaqla keçən gənc nəslin nümayəndələrinin bir çoxunun fəaliyyəti onlardan gözlənilənin əksinə, çox passiv və sönük oldu. Bu gün belə millət vəkillərini yəqin ki, seçildikləri dairələrdə yaşayan seçicilərin belə əksəriyyəti tanımır. Əslində isə deputat mandatı alan şəxslər təkcə öz dairəsinin yox, bütün cəmiyyətin tanıdığı, bildiyi və güvəndiyi insanlar olmalıdır. Lakin təəssüf ki, Azərbaycanda bir çox deputatlar nəinki mandatı alarkən, sonrakı illərdə də cəmiyyət və seçiciləri tərəfindən tanınmır, çünki illərlə danışmır, heç bir taleyüklü məsələdə ortaya mövqe qoymur, cəmiyyətin rəğbətini qazanmağa cəhd etmirlər.
Ədalət naminə deməliyik ki, Milli Məclisin hazırkı tərkibində ictimai müzakirələrdə fəal iştirak edən deputatlar da az deyil. Belələrinə misal olaraq azı 20 deputatın adını çəkmək olar. Amma bu kifayət deyil.
Qeyd edək ki, Milli Məclisin VI çağırışı üzrə 2020-2023-cü illərdə yaz, payız və növbədənkar sessiyalar üzrə ümumlikdə 157 plenar iclas keçirilib. Bu 4 illik periodda parlament iclaslarında bir dəfə də olsun çıxış etməyən, hətta bu iclaslara qatılmağı lazım bilməyən, mətbuatdan və cəmiyyətdən özünü təcrid edən xeyli sayda deputatımız var.
Xalq onları daha yaxından tanısın deyə, medianın monitorinqi əsasında Milli Məclisin VI çağırışında ən az çıxış edən deputatların bir qisminin siyahısını təqdim edirik:
Səbinə Xasayeva
31 yaşlı S.Xasayeva Milli Məclisin ən gənc üzvüdür. Parlamentdə ilk dəfə təmsil olunan S.Xasayeva deputatlığı dövründə aktivliyi ilə seçilməyib. O, 2020-2023-cü illər ərzində ümumilikdə 9 dəfə çıxış edib. 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən seçilən Xasayeva Milli Məclisin 2023-cü ildəki iclaslarında cəmi 3 dəfə danışıb.
Cəbi Quliyev
C.Quliyev də Milli Məclisdə ilk dəfə təmsil olunan deputatlar sırasındadır. O, son 4 il ərzində cəmi 4 dəfə çıxış edib. C. Quliyev 2020 və 2023-cü illərdə Milli Məclisdə bir dəfə də olsun danışmayıb. 7 saylı Ordubad-Culfa seçki dairəsini təmsil edir.
Könül Nurullayeva
Bu gənc xanım da Milli Məclisin yeni simalarındandır. 24 saylı Nizami birinci seçki dairəsini təmsil edən Nurullayeva 2023-cü ildə Milli Məclisdə cəmi 1 dəfə çıxış edib.
Anar Məmmədov
Milli Məclisdə ilk dəfə təmsil olunan A. Məmmədov da çox danışmağı sevməyən deputatlardandır. O, 2023-cü ildə cəmi 1 dəfə çıxış edib. Məmmədov 96 saylı Goranboy-Naftalan seçki dairəsini təmsil edir.
Emin Hacıyev
İlk dəfə deputat mandatı qazanan E. Hacıyev 43 saylı Sumqayıt üçüncü seçki dairəsini təmsil edir. O, 2023-cü ildə Milli Məclisdə cəmi 1 dəfə çıxış edib.
Ülviyyə Həmzəyeva
Milli Məclisin IV,V,VI çağırışlarının deputatı olan Həmzəyeva son 4 ildə ümumilikdə 2 dəfə çıxış edib. Ü. Həmzəyeva 2023-cü ildə parlament iclaslarında bir dəfə də olsun danışmayıb. O, 6 saylı Culfa-Babək seçki dairəsini təmsil edir.
Jalə Əhmədova
İlk dəfə deputat seçilən bu xanım da Milli Məclisin ən passiv üzvlərindən biridir. O, son 4 ildə cəmi 3 dəfə çıxış edib. J. Əhmədova da yuxarıda adları çəkilən bir çox həmkarları kimi 2023-cü ildə keçirilən iclasların heç birində danışmayıb. 59 saylı Salyan seçki dairəsini təmsil edir.
Müşfiq Cəfərov
Milli Məclisdə ilk dəfə təmsil olunan M.Cəfərov 2023-cü ildə cəmi bir dəfə çıxış edib. O, 39 saylı Kəpəz (Gəncə) seçki dairəsindən deputat seçilib.
Tural Gəncəliyev
T. Gəncəliyev də Milli Məclisin yeni üzvlərindəndir. O, 2023-cü ildə cəmi 2 dəfə çıxış edib. 122 saylı Xankəndi seçki dairəsini təmsil edir.
Əliabbas Salahzadə
Milli Məclisə ilk dəfə seçilən Ə. Salahzadə isə son 4 ildə ümumilikdə 2 dəfə çıxış edib. O, 27 saylı Sabunçu ikinci seçki dairəsini təmsil edir.
Sevinc Fətəliyeva
Milli Məclisin IV,V, VI çağırışlarının deputat olan bu xanım son 4 ildə cəmi 4 dəfə çıxış edib. O, 30 saylı Suraxanı birinci seçki dairəsinin deputatıdır.
Ramin Məmmədov
Milli Məclisə ilk dəfə seçilən və bu yaxınlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edildiyi üçün deputat mandatından məhrum edilən R. Məmmədov son 4 il ərzində cəmi 8 dəfə çıxış edib. 2023-cü ildə Milli Məclisin heç bir iclasında danışmayan Məmmədov, 64 saylı Sabirabad ikinci seçki dairəsini təmsil edirdi.
Tamam Cəfərova
Milli Məclisdə ilk dəfə təmsil olunan bu xanım da yuxarıdakı həmkarları kimi passiv fəaliyyəti ilə seçilir. O, son 4 ildə Milli Məclisdə cəmi 6 dəfə çıxış edib. Cəfərova 85 saylı Şamaxı seçki dairəsini təmsil edir.
Müşfiq Məmmədli
M. Məmmədli son 4 ildə Milli Məclisin cəmi 6 iclasında danışıb. 2023-cü ildə bir dəfə çıxış edən Məmmədli, 44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil edir.
Rüfət Quliyev
Milli Məclisin III,IV,V,VI çağırışlarının deputatı olan R. Quliyev 2023-cü ildə cəmi 3 dəfə çıxış edib. O, Lənkəran seçki dairəsini təmsil edir.
Asim Mollazadə
Milli Məclisin II, III, IV,V, VI çağırışlarının deputatı olam A. Mollazadə 2023-cü ildəki iclasların heç birində çıxış etməyib. O, 22 saylı Nəsimi ikinci seçki dairəsini təmsil edir.
Pərvin Kərimzadə
Milli Məclisin V, VI çağırışlarının deputatı olan Kərimzadə son 4 ildə cəmi 3 dəfə çıxış edib. O da Milli Məclisin 2023-cü il iclaslarında danışmayıb. P. Kərimzadə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsini təmsil edir.
Ramil Həsən
Milli Məclisdə ilk dəfə təmsil olunan R. Həsən 2022 və 2023-cü illərdə keçirilən iclasların heç birində çıxış etməyib. O, 91 saylı Ucar seçki dairəsindən deputat seçilib.
Məşhur Məmmədov
Milli Məclisin yeni simalarından olan M. Məmmədov adının əksinə, parlamentdə “məşhurlaşa” bilməyib. O, 2023-cü ildə Milli Məclisdə cəmi iki dəfə çıxış edib. 70 saylı Masallı seçki dairəsini təmsil edir.
Kamilə Əliyeva
Milli Məclisin IV,V,VI çağırışlarının deputatı olan K. Əliyeva 2023-cü ildə cəmi 3 dəfə çıxış edib. O, 111 saylı Zaqatala – Balakən seçki dairəsini təmsil edir.
Nəsib Məhəməliyev
Milli Məclisdə ilk dəfə təmsil olunan N. Məhəmməliyev son 4 ildə cəmi 1 dəfə çıxış edib. O, 2023-cü ildəki iclasların heç birində danışmayıb. 109 saylı Balakən seçki dairəsini təmsil edir.
Fatma Yıldırım
Bu xanım da Milli Məclisə ilk dəfə seçilənlər sırasındadır. O, 2023-cü ildəki heç bir iclasda çıxış etməyib. 93 saylı Bərdə şəhər seçki dairəsini təmsil edir.
Elman Məmmədov
Milli Məclisin II,III,IV,V,VI çağırışlarının deputatı olan E. Məmmədov son 4 ildə cəmi 2 dəfə çıxış edib. O, 124 saylı Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsini təmsil edir.
Cavanşir Feyziyev
Milli Məclisin IV, V, VI çağırışlarının deputatı C. Feyziyev son 4 ildə ümumilikdə 5 dəfə çıxış edib. O, 2023-cü il iclaslarının heç birində danışmayıb. 115 saylı Şəki kənd ikinci seçki dairəsini təmsil edir.
Ağalar Vəliyev
Milli Məclisin IV,V,VI çağırışlarının deputatı olan A. Vəliyev indiyə qədər heç bir iclasda çıxış etməyib. O, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsini təmsil edir.
Cavanşir Paşazadə
Milli Məclisin III,IV,V,VI çağırışlarının deputatı olan C. Paşazadə 2023-cü ildəki heç bir iclasda çıxış etməyib, 75 saylı Lənkəran-Masallı seçki dairəsini təmsil edir.
Aqil Məmmədov
Milli Məclisdə ilk dəfə təmsil olunan A. Məmmədov 2023-cü ildə 2, ümumilikdə isə 6 dəfə çıxış edib. O, 123 saylı Kəlbəcər seçki dairəsini təmsil edir.
Aqiyə Naxçıvanlı
Milli Məclsiin IV,V,VI çağırışlarının deputatı olan A. Naxçıvanlı 2023-cü ildə cəmi iki dəfə çıxış edib. O, 117 saylı Oğuz seçki dairəsini təmsil edir.
Rasim Musabəyov
Milli Məclisin V,VI çağırışlarının deputatı olan R. Musabəyov sonuncu dəfə 2020-ci ildə çıxış edib. O, 18 saylı Nərimanov-Nizami seçki dairəsini təmsil edir.
İqbal Məmmədov
Milli Məclisin IV,V,VI çağırışlarının deputatı olan İ.Məmmədov 2023-cü ildə bir dəfə də olsun çıxış etməyib. O, 78 saylı Lerik seçki dairəsini təmsil edir.
Malik Həsənov
Milli Məclisin IV,V,VI çağırışlarının deputatı olan M.Həsənov son 4 ildə cəmi 5 dəfə çıxış edib. O, 67 saylı Cəlilabad şəhər seçki dairəsini təmsil edir.
Afət Həsənova
Milli Məclisdə ilk dəfə təmsil olunan A. Həsənova son 4 ildə cəmi 7 dəfə çıxış edib. O, 32 saylı Suraxanı üçüncü seçki dairəsini təmsil edir.
Rafael Hüseynov
Milli Məclisin IV,V,VI çağırışlarının deputatı olan R. Hüseynov 2023-cü ildə cəmi 1 dəfə, ümumilikdə 6 dəfə çıxış edib. O, 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsini təmsil edir.
Ülviyyə Ağayeva
Milli Məclisin V, VI çağırışlarının deputatı olan Ü. Ağayeva bugünədək heç bir iclasda çıxış etməyib. O, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsini təmsil edir.
Anar İsgəndərov
Milli Məclisdə ilk dəfə təmsil olunan A. İsgəndərov 2023-cü ildə cəmi 1 dəfə çıxış edib. 71 saylı Masallı kənd seçki dairəsini təmsil edir.
Eldar Quliev
Milli Məclisin II, III,IV,V,VI çağırışlarının deputatı olan E. Quliyev 2023-cü ildəki iclasların heç birində çıxış etməyib. O, 28 saylı Sabunçu üçüncü seçki dairəsini təmsil edir.
Anatoliy Rafailov
Milli Məclisdə ilk dəfə təmsil olunan A. Rafailov indiyədək heç biri iclasda çıxış etməyib. 53 saylı Quba-Qusar seçki dairəsini təmsil edir.
Vasif Talıbov
1 saylı Şərur-Sədərək seçki dairəsini təmsil edən Vasif Talıbov 1995-ci ildən, yəni 30 ilə yaxındır ki, Milli Məclisin deputatıdır. Milli Məslisin I, II, III, IV, V, VI çağırışları üzrə deputat mandatı qazanan Talıbov, artıq xeyli müddətdir ki, Milli Məclisin iclaslarına qatılmır. Həmkarları vaxtilə Talıbovun tutduğu post səbəbindən işlərinin çox olduğunu, ona görə də tez-tez Naxçıvandan paytaxta gəlib-gedə bilmədiyini əsas gətirərək, onun müdafiəsinə qalxırdılar. Lakin maraqlıdır ki, 2022-ci ilin dekabrında Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verən Talıbov, işlərinin “azalmasına” baxmayaraq, son iki ildə Milli Məclisin heç bir iclasına qatılmayıb. O, ölkə parlamentinin iclasına sonuncu dəfə 2020-ci ilin əvvəlində, V çağırış Milli Məclisin açılış sessiyasına qatılıb, sonuncu dəfə parlamentdə 2005-ci ildə çıxış edib.
Mixail Zabelin
Talıbov kimi Mixail Zabelin də danışmağı çox sevmir. 1995-ci ildən Milli Məclisin bütün çağırışlarında deputat adını qazanmağı bacaran Zabelin, son 4 ildə bir dəfə də olsun çıxış etməyib. O, 34 saylı Xətai ikinci seçki dairəsini təmsil edir.
Oqtay Əsədov
Keçmiş spiker də bir çox həmkarları kimi 1995-ci ildən Milli Məclis üzvüdür. Maraqlıdır ki, spiker vəzifəsindən uzaqlaşdırılan Əsədov bundan sonra Milli Məclisdən gen gəzməyə başlayıb. 45 saylı Abşeron seçki dairəsindən deputat seçilən Əsədov deputat kürsüsündə əyləşdiyi son 4 il ərzində bir dəfə də olsun Milli Məclisdə çıxış etməyib.
Bəxtiyar Sadıqov
B. Sadıqov da 1995-ci ildən deputat mandatı daşıyır. O, sonuncu dəfə 2021-ci ildə Milli Məclisdə çıxış edib. Sadıqov 119 saylı Ağdam seçki dairəsindən deputat seçilib.
Ziyad Səmədzadə
Z. Səmədzadə Mlilli Məclisin III, IV, V, VI çağırışlarının deputatı olub. O, son 4 il ərzində cəmi 5 dəfə çıxış edib. Z. Səmədzadə 23 saylı Nəsimi-Səbail seçki dairəsini təmsil edir.
Nizami Cəfərov
N. Cəfərov Milli Məclisin II, III, IV, V, VI çağırışları üzrə deputat adını qazanıb. Cəfərov da son 4 ildə cəmi 5 dəfə çıxış edib. O, 108 saylı Ağstafa seçki dairəsini təmsil edir.
Sabir Hacıyev
S. Hacıyev Milli Məclisin III, IV, V, VI çağırışlarının deputatı olub. Son 4 ildə cəmi 1 dəfə - 2022-ci ildə çıxış edib. 88 saylı Göyçay seçki dairəsindən deputat seçilib.
Eldar İbrahimov
1995-ci ildən deputatdır. 4 saylı Naxçıvan şəhər seçki dairəsini təmsil edən İbrahimov, Millli Məclisdə son 4 ildə 10 dəfə çıxış edib.
Sevil Mikayılova
Milli Məclisdə ilk dəfə təmsil olunan S. Mikayılovanın debütü digər həmkarlarının performasından o qədər də fərqlənməyib. O, 2023-cü il Milli Məclis iclaslarında 1 dəfə çıxış edib. S. Mikayılova 57 saylı Xaçmaz kənd seçki dairəsindən deputat seçilib.
İsa Həbibbəyli
Milli Məclisin III ,IV, V, VI çağırışları üzrə deputat seçilən Həbibbəyli isə 2 saylı Şərur seçki dairəsini təmsil edir. O, Milli Məclisdə 2023-cü ildə cəmi 2 dəfə çıxış edib.
Məzahir Əfəndiyev
M.Əfəndiyev də son 4 ildə ciddi nə iləsə yadda qalmayıb. O, 2023-cü ildə cəmi 3 dəfə çıxış edib. Əfəndiyev 89 saylı Göyçay-Ağdaş seçki dairəsini təmsil edir.
Parlament sözü italyancadan götürülüb. Mənası "danışmaq", "müzakirə etmək" deməkdir. Deməli parlament üzvünün - deputatın əsas işi danışmaqdan ibarətdir. Lakin nə işdirsə, bizim deputatlar danışmağı, müzakirə etməyi yox, susmağı üstün tuturlar. Görünür, kimsə bizim deputatların əksəriyyətini əmin edib ki, "danışmaq gümüşdürsə, susmaq qızıldır"...
Elvin Bəyməmmədli
"AzPolitika.info"
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Şəki tarix boyu deputatdan yarımayıb ?
Cənab Vahid Əhmədov namizədliyini Şəkidən versə çox yaxşı olar, çünki Şəki inkişafa qədəm qoyar !
Deputatlığa namizəd fiktiv paryiyalarda yox,müəssisəslər .kollektivlər tərəfindən xalq içərisində tanınan.fallardan verilməlidir.30ildir partiyaların soxuşdurduğu "deputatlar"xalqaın işinə yaramayan boşboğazlardan ibarət olub..Onlar hakimiyyətin sifarişi ilə Vanka-Vstanka rolu oynayıblar.
Guy danışanları xalq üçün nəsə yararlı bir məsələ danışıb.müzakitə edib, qərar çıxarıblar? Onlar formal və boş danışıqlardır.
Adi ördəklər çığırqan olur.Kənd yerlərində səhər obaşdannan,səhərin İohann Götesi hələ açılmadan,dan yeri sökülər-sökülməz qağhaqağ zəhlə tökərlər,yiyəsi də şirin yuxusundan oyanıb qalxmağa məcbur olar, ördəksatanın varını-yoxunu söyə-söyə gedər yemlərini verər,hələ yeməklərini verə-verə də söyər ki bir də ördək alanın əcdadını filanlayım.Bir də var qətiyyən səsi çıxmayan ördəklər,onlara lal ördək deyirlər.Heç həyətdə varlıqlarıyla yoxluqları bilinməz,acanda da səs çıxarmazlar.Pis işləri bir odur ki,görsələr ki sahibi yemək məsələsində oyun çıxardır,vaxtında yeməklərini vermir,iki-üç gün dözərlər,bir də görərsən yoxdular,uçub gediblər qonşu Fatmanisə qarının həyətinə.İndiki aclıq illərində də kim həyətinə uçub gələn quşu geri verər?Fatmanisə qarı elə o gün görər ki,yiyəsi gəlib çıxmadı,gecəylə onları kəsib duzluyar istiotlayar,zakatka eləyib 3 kiloluq bankalara yığar,qışda yeməyə.Sabahısı gün yiyəsi soruşanda ki bəlkə sən görmüsən mənim lal ördəklərimi,deyər “bu yol haqqıçınq görmeyifşəm,amma dünən bir durna qatarı keçdi deyəsən,əlbət onlar oluf.Yaz gəlif axı,yaz gələndə durnalar gəleyir başınq haqqıçınq Çinqaçquk”.Odur ki deyirəm bəlkə bu dəfə lal ördəklərdən də deputat seçək?Fərqi nədi?Onların da səsi çıxmır,bunların da.Amma yeməklərini beş il boyunca vaxtında və bolluca verək ki,uçub getməsinlər,yoxsa bir para adamlar deyər ki “Məclis üçün yeni seçki açdılar,Quşbalalar bizi qoyub qaçdılar,Dadaşyev deyər nənən ölsün ay məmə,Odlanıram odlanıram ay məmə”
Onsuz da deputatları xalq seçmədiyini hamə bilir.....
Danışanı da millətin xeyrinə bir söz danışmır. Ancaq talançı məmurların dediklərini deyir. Elə bil millət vəkili yox millətə düşmən kəsiliblər....
Belə nəzəriyyə irəli sürmək olar ki,bunlarda əvvəllər danışıq qabiliyyəti olub.Orta məktəbdə,ali məktəbdə dərs danışıblar da hər halda.Amma sonra necə olubsa nitq qabiliyyətləri itib.İbtidai icma quruluşu vaxtında mamont ovlayanlar qırıq-qırıq səslər çıxardıblar,bunlardan deyəsən o cür səslər də çıxmır.Tam bir sükut yəni.Maraqlıdır,bunları ora oturdanda heç şübhələnməyiblərmi ki,birdən danışmağı qəti bacarmazlar?Yoxsa danışmağı bacarmadıqları üçünmü deputatdılar?
Şəkidən təyin olunan deputat Vüqar İsgəndərovun danışmaqdan çənəsi yerindən çıxıb ?
Sovet vaxtı yüz minlərlə qoyun-quzusu,böyük təsərrüfatı olan kolxozlara milyoner kolxozlar deyirdilər.Sevindirici haldır ki,biz o kolxozları çoxdan ötüb keçmişik.Maşallah,indi bizim kolxozda milyondan çox qoyun var.Mutluyuz şuna görə.
Deyilənlərə görə Qaxdan olan deputat AZƏR KƏRİMLİNİN danışmaqdan çənəsi çıxıb Reanimasiyadadır.Görəsən bunun adını niyə çəkmir bizim hörmətli Elvin Bəyməmmədli. ??????
İnsafən,Tahir Kərimlinin çıxışları təsirli olur.
Qüdrət bəy , dediyiniz kimi, təklif və iradlarını mərdü mərdanə bildirir, ancaq özü də bilir ki, dediklərini çürük qoza da tay bilən olmayacaq. Ona görə, hər ehtimala qarşı, ən azından səfirlər görsün, bəlkə işə yaradı, nə bilmək olar fələyin gərdişini.
Bunlar millet vekilleri yıx ailesinin ,tayfasının,bizneslerinin vekillerşdşr.Mence Vicdanı olan ,leyaqet ve şexsiyyetine hörmet eden Şexs kayşq olmadığı yerde oturub oranı @zanit” etmez
Dadaşev, sən narahat olma,Bunları yuxarı oraya yerləşdirir.Kimi kimin quşu,kimi kimin əqrəbası,kimi kimin iş vernləriləridir.Onsuz da deputat siyahisi bizim cəmiyyətdə yuxarıdan yazılır verilir saxtakar Pənahovun əlinə.Millət isə bir qayda olaraq yuxuya verilir.Seçkiyə gedənlərin sayı.əhalinin sayı şişirdilir.Bunun nəticəsini ,ağrısını,acısını isə millət çəkir.Nə qədər susqunluqdur belə olacaq,Polis zorakılığı həddini aşıb,Polis asayişi yox,azad söz demək istəyənləri ovlayır.Bu da sistemin çirkinliyini sübuta yetirir.
Maşşşallah!Qəqənidilər ki Qəqəni.Eşq olsun Qəqəniyə.Bunlar bu dəfə deputat edilməsələr təəssüflənməsinlər,kino çəkilişlərinə də gedə bilərlər iş tapmayanda;kütləvi səhnələri doldurmaq üçün aktyor olmağa ehtiyac yoxdur,görüntün yetər.Necə ki deputatlıq üçün danışmağa,iş görməyə ehtiyac yoxdu;otur yumşacıq kreslolarda,sadəcə iclas vaxtları oralarda ol,uzaq getmə,görüntün yetər,yeyib içmək olacaq.Qəqəni də qapının dalında hazır idi,çağıran kimi çıxır ortaya,külüngü əlində,papağı da külüngünün başında..Səsvermə zamanı nəyə "hə",nəyə "yox" deməyini də bildirəcəklər qabaqcadan.Prava üçün imtahan verəndə necədirsə eləcə: oturursan imtahan vaxtı,amma qabaqcadan deyirlər ki suallara cavab vermə,bizdən birisi gəlib özü basacaq düymələri.Vəssalam.Alrısan pravanı,maşınını sürürsən.Qaişniklər saxlayanda da birinci pravanı soruşurlar,bilə-bilə ki pulnan almısan onu.Şofer də bilir ki qaişnik bilir ki pravanı pulnan alıb.Amma qaişnik pravanı yoxlamaqla demək istəyir ki necə ki bunu pulnan almısan,məni də pulnan al ki,əyriliyinə göz yumum,çünki mənim də balalarım var,rəis də haqq qoyub,deyib ki axşama qədər bu qədər yığmalısan."Al məni Beyrək,al qoynuna,üç öpüb bir dişləyək,fələkdən kam alaq" deyir yəni qaişnik.Ruslar trassda yol qırağında adamını gözləyən küçə qızlarına "bojiy oduvançik" dedikləri kimi bir şey; Kamaz şoferi,təyyarə pilotu,çerçeniya müəllimi,kandidat nauk,fərq eləməz o bojiy oduvançiklərə,yetər ki al məni qoynuna,pulumu ver ki,rəisin haqqını çatdırım.Yəni prava maşını sürə bilib-bilməməyini bilmək üçün deyil bizdə,maşını sürməyə icazə sənədidir.Pravan varsa,demək, şofersən.Deputatlıq da eləcə.Madam ki Məclisdəsən,demək,deputatsan,danışsan da danışmasan da.Onlara spravka lazımdı,yəni bu spravka JEK-dən verilir filankəsə ki o,həqiqətən də deputatdı.Spravka var,demək deputatlıq da var danışsan da danışmasan da,inanmayanın da lap atabaatasına lənət.
Salam Elvin Bəyməmmədli ! Sizin bu məqaləniz azpolitika.informsiya portalının daimi oxucusu kimi mənim və yaxın yoldşlarimın narazıiğha səbəb olub.Mən bir müharibə vetıranı kimi Sizə tövsiyə etmək istərdim.Söhbət Lənkrandan 73 saylı seçki mənətəqəsindən seçlmiş Millət Vəkili Rüət Qulyevdən gedir . Elvin Bəy ənazından internet portalarına daxil olub vəya MM- in rəsmi saytına daxil olub orada məlumat düzgün əldə edə bilərsiniz. Rüfət müəllim illər ərzində neçə dəfə MM- də xalqın və seçicilərin maraqlandıran sulları və problemlərini səsləndirib . Rüfət müəllim hələ dünən oz seçiciləri ilə və Vətən müharibəsi Qazilərilə gorüş kecirib . Onlarin yaxından problemlərilə taniş olub bəzi problerinin yerindəcə həll olunmasna dəstək olub. Szin bu məqaləniz sifarişi əsasınd yazilan məqələlərdəndir buda Sizin professional jurnalistika İşinizə kolgə salır.Sizə sifarişli məqalə yazmaqdan uzaq olmağınızı tovsiyə ediriəm və yeni duzgun məqəllər yazmağınızı jurnalistika faliyyətinizdə uğurlar arzu edirəm . .
Hal hazirda orada olan millet vekillerinin ekseriyyetinin biznesi var ve yaxud da " professor " lardir .Hansi deputati terperdirsen hansisa Universitetin progessoru imis sen deme ...
Qanun hətta bir nəfər ölkə vətəndaşının hüquqlarını müdafiə etmirsə, daha doğrusu müdafiə edə bilmirsə, bu kağız üzərində bir pozma qaradır, belə kağız heç tualetdə də işə yaramayır. 6 çağırış deputat korpusu olub. Mənə bir deputat göstərin ki, heç olmasa “əziyyət çəkib” bir vərəqlik hansısa qanun layihəsini təqdim edib. Qanun layihələri, qanunlara dəyişikliklər bir qayda olaraq Prezidentin Administrasiyasından daxil olur. Deputatlar daxil olan layihələri notarius kimi təsdiqləyirlər. Yeganə deputat Qüdrət Həsənquliyevdir ki, istənilən layihəyə münasibət bildirir, ən kəskin çıxışlar onun tərəfindən olur. Bu və ya digər formada Tahir Kərimli, Fazil Mustafa layihə ilə bağlı fikir bildirirlər. Siyavuş Novruzov Allah xeyir versin deyəndən sonra qanun layihələrinin xeyir-duasını verirlər. Belə acınacaqlı deputat korpusuna indiyə kimi rast gəlinməyib. Bir halda ki, deputat mandatları hədiyyə olunur, bundan sonra bu deputatlardan nə umacağımız ola bilər? Bir halda ki, deputat mandatı satılacaq (Gülər Əhmədova, Ramiz Mehdiyev), kimlərəsə bəxşeyş ediləcək (Rövnəq Abdullayev, Eldar Mahmudov, Ziya Məmmədov, Cavid Qurbanov tərəfindən “seçilən” deputatlar) və ya YAP tərəfindən Parlamentə soxuşdurulan deputatlar (YAP-ın təcrübəsi lap itrəncdir) Azərbaycan bundan artıq irəliləyişə nail olası deyil. Bu deputat korpusu Prezidentə real təhlekədir. Bu gün Milli Məclisin tərkibinə fikir versəniz (Apparat nəzərdə tutulur) vəziyyətinə nə dərəcədə onun nə dərəcədə yazıq olduğunun şahidi olarsınız. Müstəqillik əldə edildiyi vaxtdan bu günə qədər nə Milli Məclisin deputat korpusu, nə də onun rəhbərliyi günün tələbinə cavab verməyib. Bu ilki seçkilər də əvvəlki standart qaydada keçiriləcəksə vay bu məmləkətin halına. Gərək seçici özünə hörmət qoya, əks halda onunla qoyun kütləsi kimi davranacaqlar. Burada nə Məzahir Pənahovun və də kimsənin günahı yoxdur. Göydən üç alma düşdü ...
Bəh-bəh deputatlara baxın bir
Bu arvadlar deputatdı? Parlamentə də bu qədər arvad yığmaq olar?
Seç ki seçən mərd olar.Seçilməyən namərd olar.Seçiləsən danışmayasan.Bax bu böyük dərd olar.
Bunları ora danışmaq üçün yığmayıblar ,düymə basmağa yığıblar .Birdə ki , orada Siyavuş ,Zahid ,AğaMalı və s varsa bunların danışmağı boş şeydir .Amma danışsaydılar biz də bir xeyli feyziyab olardıq
Vasif Talıbov, Eldar Quliev, Oqtay Əsədov, Ziyad Səmədzadə, Fəzayıl Ağamalı və s...siyahını nə qədər desən uzatmaq olar...Bunları Xalq seçməyib, MSK seçib....
Görəsən bu "deputatları2 seçildikləri ərazidə görən,eşidən olubmu?Bəs onlat necə səs qazanıb.deputat olublar?
Guya aktiv, nəticə verməyən, boş danışanlardan ölkə.əhali bir fayda görüb.Sadəcə bir qrup özlərinə yaxın,çoxu da Naxçıvanl.küflərlə bağlı insanları saxta seçki yolu ilə MM-də oturdulub havayı 5000-10000 manay xalq pulunu paylayırlar.Guya çox danışan Qüdrət Həsənquliyevin,Zahid Orucun danışıqlarının bir mnəricəsi olub?