Menu

DÖVLƏT AGENTLİYİNDƏ YENİ TƏYİNAT OLUB - Dosye

29.05.2024, 21:10
DÖVLƏT AGENTLİYİNDƏ YENİ TƏYİNAT OLUB - Dosye

Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinə sədr müavini təyin edilib.

“Azpolitika” "Qaynarinfo" -ya istinadən xəbər verir ki, sözügedən vəzifəyə bir neçə ay əvvəl müvafiq sərəncamla Zaur Əvəz oğlu Ələkbərov təyin olunub.

Z.Ələkbərov keçmiş Maliyyə naziri Əvəz Ələkbərovun oğludur.

Qeyd edək ki, Zaur Ələkbərov bundan əvvəl "Unibank" və "Bank Respublika"da, həmçinin Beynəlxalq Bankda çalışıb. O, 2016-2018-ci illərdə Azərbaycan Beynəlxalq Bankında Korporativ Biznes Departamentinin direktor müavini, 2018-2024-cü illərdə isə İdarə Heyəti sədrinin strategiya və innovasiyalar üzrə müşaviri kimi fəaliyyət göstərib.

Şərhlər

İ. İmamov 2024-05-30 23:26:48

Təbrik edirəm !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol