Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə bağlı təklif irəli sürülüb.
“AzPolitika” xəbər verir ki, sözügedən təklif qanunsuz parklanma, nəqliyyat vasitələrinin düzgün idarə olunmaması kimi hallarda cərimələrin artırılmasını və yeni cərimələrin tətbiqini nəzərdə tutur.
Təklif olunan dəyişikliklərin tam siyahısını təqdim edirik:
- Avtobus və velosiped zolağına çıxan maşınlar 100 manat məbləğində cərimə ediləcək. Hazırda 40 manatdır;
- Qanunsuz parklanma yeri yaradanlar 2 min manat məbləğində cərimə olunacaq;
- Nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra parklanma müddətini başlatmayan sürücülər 20 manat məbləğində cərimə olunacaq. Hazırda 10 manatdır.
- Xidməti parklanma yerində maşın saxlayanlar 40 manat məbləğində cərimə olunacaq;
- Çəkisi 3,5 tondan çox olan avtomobillər parklanmaya görə 20 manat məbləğində cərimə olunacaq. Hazırda 10 manatdır;
- Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə 60 manat məbləğində cərimə ödəyəcəklər. Hazırda 10 manatdır;
- Parklanma zamanı digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradanlar 20 manat məbləğində cərimələnəcək. Hazırda 10 manatdır;
- Velosipedini parklanma yerindən kənarda saxlayanlar 10 manat məbləğində cərimələnəcək;
- Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən şəxslər 200 manat məbləğində cərimə olunacaq. Hazırda 100 manatdır. Hadisə təkrar törədilərsə 400 manat məbləğində cərimə olunacaq. Hazırda 300 manatdır;
- Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 100 manat məbləğində cərimə tətbiq olunacaq. Hazırda 80 manatdır;
- Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.
“AzPolitika.info”

Şərhlər
Hadi bakalim )))) Azdi minimum 1000 azn olmalidi cerimeler ,,,
Burnu yekə olanlar Bakıda ayda 20 manat, rayonlarda 10 hava pulu verməlidirlər.Bəs necə
2022.2023-cü illər ərzində Azərbaycanın dövlət büdcəsinə nə qədər vəsait əhalinin cərimələnməsindən daxil olub? Maliyyə Nazirliyi bunu açıqlaya bilərmi7Əgər daxil olmayıbda bəs bu yığılan milyonlarla cərimə pullari _(əhalinin çörək pulu) kimlərin cibinə gedib?Bu məsələnin araşdırılması bu CƏRİMƏ həvəskarlarının fırıldaqlarını üzə çıxarar.Bunu isə aşkarlanmasını normal hakimiyyət təmin etməlidr
Məgər Azərbaycan qanunar Məcəlləsində aprklanma qanunu var(varsa məcəllənin ünvanını-maddəsin göstərinXalqı cərimələrə məcbur etməklə idarəçilik yararmaz! Bu bəzi möhtəkirlər tərəfindən hazırlanmış və anlaqsız vəzoiəlilər tərəfindən təsdiqlənmiş sadəcə qaydalardır.Bu qaydaların məcburi edilməsi isə MM tərəfindən siyahi üzrə oturdulmuş "deputatların"özfəaliyyətidir.
Şəhər və magistral yollarda o qədər insanlara əziyyətverən,yersiz və lüzumsuz tadarlar düzüb xalqın son çörək pulunu cərimə ödəətə məcbur etmək hansı hummanizmin.düşüncənin məhsuludur? Bu qərarları hazırlatan,təsdiq edənlər bu xalqın nümqyəndələri deyil?B qədər sayda və məbləğdə cərimə etmək hansı hesablama nəticəsidir.365 manat otrta əmək haqqı və işsizlik üzündən yaşamaq üçün öz şəxsi avtomobilləri ilə 2-3 manata sərnişin daşıyan sürücünü cüzi qayda pozuntusuna götə )əgər bu doğtudursa )i40-100manat cərimə etmək nə demək olduğunu anlatan niyə tapılmır?Bir də niyə bu cərimələr dövlət büdcəsinə yox,ayrı-ayrı hesablara köçürülərək maxinasiyalar edilir?Niyə hökumət bu sahəni unudub?
Cərimələr ölkəsi, büdcəni bu yolla doldurun və sonra da başına daş salın….,
Pensiya ,maaşlar və sairə belə surətlə 100-150 % qalxsaydı