SERTİFİKASİYA SUALLARI STANDARTLARA UYĞUN DEYİL - Və ya onlar müəllimliyə necə qəbul olunublar?
Şəmil SADİQ
Təhsil texnoloqu, dosent
Yenə sertifikasiya, yenə söz-söhbət, yenə müəllimlərinrəğbətiniqazanmaq üçünpopulistfikirlər…
Yazının başlığına çıxardığım sualı uzun illər təhsil naziri işləmiş hörmətli Misir Mərdanov verib. Açığı, bu gün hamını bu sual düşündürür. Bu müəllimləri işə kim, niyə və necə qəbul edib? Gəlin, kimin necə və niyə qəbul etməsini bir kənara qoyaq, amma bu müəllimlər 10-15 ildir, necə işləyib, nə tədris edib? Niyə üzərlərində işləməyiblər, keçən dəfə sertifikasiya imtahanından kəsiləndən sonra niyə normal şəkildə hazırlaşmayıblar?
Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə, iyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7296 müəllimdən 3909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb. Qeyd olunub ki, onlardan 3424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub.
Nəzər alaq ki, bu müəllimlərə bir il güzəşt verilmişdi, çünki keçən il keçid balını keçməmişdilər.
Hörmətli Misir müəllimin sualına cavabla başlayaq. Bəli, yəqin ki, bu nəticə göstərənlərin əksəriyyəti məhz Misir müəllimin nazir olduğu dövrdə universiteti bitirib diplom alan və işə düzələnlərdir. Məhz o adamlardır ki, əri, qayınatası, atası tərəfindən müxtəlif yollarla məktəbə baş qatmaq, evdə qalıb darıxmamaq üçün işə düzəldilib. Düzdür, məhz o dövrdə hərə bir yolla işə düzəlirdi, istedadlılar da, istedadsızlar da. O istedadlılar öz üzərlərində işlədi, inkişaf etdilər, digərləri isə, elə doğrudan da, baş qatdı, vaxt keçirdilər. Bunların birbaşa günahkarı keçmiş nazirdirmi, əlbəttə ki, yox! Amma və lakin dolayısı ilə və ya birbaşa səbəbkarlardan idi və bu, danılmazdır. Məsələn, mən də Misir müəllimin dövründə universitet bitirən, məhz onun dövründə də işə düzələn müəllimlərdən idim. Mənə görə, mən uğurlu müəlliməm. Onda bunun da səbəbkarı Misir müəllimdir? Əlbəttə ki, yenə yox! Onu da nəzərə alaq ki, o dövrlər işə qəbulu nazirlik yox, yerli qurumlar, maarif müdirləri, məktəb direktorları icra edirdi.
Amma bu gün yaşadığımız bu problemin səbəbi, əlbəttə ki, təhsilimizin sistemsiz və hədəfsiz olmasıdır. “Karvan yolda düzələr”, – deyib baş alıb gedən təhsil sistemi. Məktəbi laboratoriyalara çevirən sistem. Bir türk aktyoru demişkən: “Təhsil sisteminin iki problemi var: “təhsil” və “sistem”. İkisi də problemdir”.
Dünənki, bugünkü təhsilimiz də, sistemimiz də problemlidir. Müstəqillik qazanandan sonra keçən 33 ildə yığılıb qalan problemləri bir gündə həll etmək mümkün deyil. Və bu acını, ağrını yaşamaq məcburiyyətindəyik. Bu vəziyyətin günahkarı isə sözsüz ki, uzun illər əlində imkan olan təhsil idarə edənlərdir. Niyə universitetlərimiz bu gündədir, niyə o universitetləri o cür savadla bitirə biliblər, niyə o cür vəziyyətdə işə götürülüblər, niyə indiyə qədər də işləyiblər. Cəmiyyətin hər dəfə narazı olduğu təhsilin problemləri təməlindən başlamayıbmı? Əlbəttə ki, bu gün yaranan mənzərədə suallar yaranacaq, kimdir müqəssir? Bir onu bilirəm ki, mən deyiləm.
Düzdür, 3909 nəfərin bu ağır zamanda işsiz qalması insan olaraq adamı ağrıdır. Heç bir halda ürəkaçan mənzərə deyil. Amma 3909 nəfər müəllimi ən az 20 nəfər şagirdə vursaq, 78180 edir ki, bu da gələcəyin 78000 ailəsinin savadsız olması deməkdir. Düşünürəm ki, bir təhsil mütəxəssisi olaraq bu prosesdə nazirliyin bu addımını sadəcə dəstəkləmək və çıxış yolları göstərmək lazımdır. Çünki yaranı daşımaq olmaz, ya sağaldacaqsan, sağalda bilmirsənsə də, kəsib atacaqsan. Bu fikrim də ağırdır, bilirəm, amma məcaz kimi başa düşək.
Suallar necə imiş, imtahan hansı şəraitdə aparılıb, kim edib o imtahanı?
Suallara baxdım, bununla bağlı fikrimi aşağıda qeyd edəcəyəm. Bir neçə dəfə də sertifikasiya imtahanlarına müşahidəçi kimi dəvət olunmuşam. Şəraitdə hər hansı bir problem olduğunu görmürəm. Amma kimin o imtahanı etməsi, sualları hansı prinsiplərə əsasən hazırlaması məni də maraqlandırır.
Gələk sualın birinci hissəsinə. Mətnə yerləşdirəcəyim bir sualla, linkdən isə bütün suallarla tanış ola bilərsiniz. Mənə görə, o suallara cavab verməyən müəllimi heç bir halda müəllim kimi məktəbə buraxmaq olmaz. Çünki sualların hamısının cavabı 3 – 4-cü sinif dərsliklərində var; orta və asan səviyyəlidir. Halbuki müəllimə bu cür sual verməzlər. O, universitet bitirmiş mütəxəssisdir, 7-8 yaşlı uşaq yox. Ortabab bir sinfə bu sualları yazdırmaqla durumun nə qədər faciəvi olduğunu görmüş olarıq. Düzdür, tez-tez qınaq obyektinə çevrilən müəllim bu sualların paylaşılmasını, təbliğ edilməsini özünə sığışdırmır, çünki “niyə həmişə biz?” – sualı onu narahat edir.
“Məgər cəmiyyətin başqa problemi yoxdur ki, hər dəfə müəllim şişə taxılıb qızardılır?” – deyə etiraz edir, bəlkə də, haqlıdır. Amma Elm və Təhsil Nazirliyi də haqlıdır ki, suallara baxmayan və sadəcə populist çıxışlarla haqsız tənqid edildiyini gördüyü üçün sualları cəmiyyətə açıqlayıb; hətta statistikası ilə birgə. Məncə, bunda da problem yoxdur, bir növ şəffaflıqdır və təşəkkür düşür.
İbtidai sinif Azərbaycan dili fənnindən bir sualı sizinlə bölüşürəm:
Hansı sözdə incə sait uzun tələffüz olunur?
Yanlış cavablandırma və ya boş qoyma: 51 % – 1868 nəfər
A) məktəbli
B) gündəlik
C) maraqlı
D) xüsusi
E) ecazkar
Bu sualdan da görünür ki, imtahan verənlərin 51 faizi suala düzgün cavab verməyib. Mən cavabı yazmıram, yazını oxuyanlar tapsın, özünü yoxlasın, bu suala cavab verə bilməyən şəxsin müəllim işləməsini isə özü dəyərləndirsin. Sualları bir-bir izah etmək fikrində deyiləm, amma suallar yetərincə sadədir ki, bunu da neçə illər müəllim işləmiş şəxsin yaza bilməsi mümkün idi. Azərbaycan dilində vəziyyət belədirsə, siz riyaziyyatın halına düşünün…
Amma mən burda sualları hazırlayan qurumun və ya şəxslərin işini heç bir halda yüksək qiymətləndirə bilmərəm. Ona görə yox ki suallar asandır, ona görə ki suallar heç bir halda günün şərtlərinə cavab vermir və müasir standartlara uyğun deyil. Sualların, demək olar ki, 99 %-i dil bilgisi, nəzəriyyə üzərində qurulub. Elm və Təhsil Nazirliyinin “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədində qoyduğu tələblər gözlənilməyib.
Belə ki, həmin sənəddə qeyd edilir ki, sual bölgüsü aşağıdakı kimi olmalıdır: oxu 8, yazı 2, dil qaydaları 10. Hanı bizim on ildən çox danışdığımız təfəkkür məktəbi, hanı bizim çevik zəkalı uşaqlar yetişdirmək arzumuz, hanı bizim vətəndaş yetişdirmək sevdamız? Sait və samiti, isim və sifəti əzbərləməklə insan yetişdirmək olarmı? Qətiyyən yox! Hanı müəllimlərə verilən təlimlərə yönəlik suallar? Bilirəm, kimsə deyəcək ki, tapşırıqlar mətnlər üzərində və ya məntiqi verilsə idi, nəticə daha da bərbad olardı. O işin bu işə heç bir dəxli yoxdur. Axı Azərbaycan dilinin 4 məzmun xətti var: oxuyub-anlama, dinləyib-anlama, yazı qaydaları və dil qaydaları. Bu vacib məzmun xətlərindən ilk ikisi harda qaldı? Niyə onları ölçən suallar tərtib edilməyib?
Bu sualların tərtib edilməsi onu göstərir ki, bu işi həyata keçirən qurum heç elm və təhsil nazirinin mətbuata etdiyi çıxışları belə dinləmir, fikirləri ilə belə tanış deyil. Axı əlimizdə olan dərsliklər və onların metodik vəsaitləri bunu tələb etmir. Biz müəllimə deyirik, sinifdə başqa şey keç, mən sənə başqa suallar verəcəm. O zaman müəllim niyə özü hazırlaşdığı istiqamətdə dərs keçməsin ki? Bu suallar sanki onu ifadə edir ki, biz dilçi yetişdirmək istəyirik, adam yox. Bütün suallar dilçilik üzərində qurulub və ən yaxşı halda müəllimin dil qaydalarını yoxlaya bilər. PISA-da uzun illərdir, sonuncu yerdə olmağımızın səbəbi bu deyilmi? Çox təəssüf edirəm ki, dərslik siyasətinə cavab verməyən dil qaydalarına aid suallar üzərində aparılıb sertifikasiya. 25 sualdan cəmi iki sual Elm və Təhsil Nazirliyinin apardığı siyasətə uyğundur. Çıxışlarından birində Emin müəllim demişdi ki, əksəriyyət oxuyub-anlamağı bacarmır. Əmin olun ki, bu suallara cavab verən müəllimlər də oxuyub-anlama bilməyən əzbərçi nəsil yetişdirəcək.
Kurikulum layihəsi on beş ildir ki, həyata keçirilir və təfəkküryönümlü məktəbə keçirik deyə-deyə dilimizdə tük bitdi. Təfəkküryönümlü məktəbə keçiddə isə müəllimin də təfəkküryönümlü olması və dərslərə də praktik yanaşması vacib amillərdən biridir.
Çox təəssüf edirəm ki, məhz nazirin kütləyə qarşı cəsarətli duruş göstərib nələrisə dəyişmək istəyinə yenə yerlərdəki kadrlar “oxuyub-anlama” bacarığı nümayiş etdirmir.
Belə ki, mənə görə, sertifikasiya təhsilin vazkeçilməzlərindən biridir, hətta olmazsa olmazıdır. Niyə?
Çünki sertifikasiya həm təhsilin keyfiyyətini ölçür, həm müəllimlərin öz üzərində işləməsini təşviq edir, həm də ki müəllimlərin haqqı olan maaşlara təsir edən məsələlərdən biridir. Bu baxımdan, Elm və Təhsil Nazirliyinin neçə illərdir, həyata keçirdiyi sertifikasiya prosesini alqışlayıram. Ona da ümid edirəm ki, yaxın illərdə biz sertifikasiyada yeni mərhələyə keçid edəcəyik, müəllimin yalnız bilik yox, pedaqoji, metodoloji və yaradıcı bacarıqlarını, psixoloji durumunu, məktəbdəki performansını da qiymətləndirmənin tərkib hissəsinə daxil edib daha obyektiv dəyərləndirmə aparacağıq.
Sertifikasiya imtahanının ilkin mərhələsində aparılan müşahidələrdən çıxan nəticə belədir ki, imtahanqabağı və sonrası aparılan qaralama kompaniyası iflasa məhkumdur. İmtahandan yüksək bal toplayanların özünəinamı, digərlərinin də hazırlaşma mərhələsində əldə etdikləri bilik və bacarıqlardan yaranan öyrənmə həvəsi əsassız giley-güzarı kölgədə qoyacaq. Digər tərəfdən, öz bacarığına inanan müəllim daim öz üzərində işləməklə inkişafını, əməyinin daha yüksək əməkhaqqı ilə dəyərləndirilməsini təmin edəcək. Bu isə müəllimin əməyini stimullaşdırmaqla yanaşı digər təhsilverənlər üçün nümunə olmaqla təhsilin keyfiyyətinin yüksəlməsini təmin edəcək. Düşünürəm ki, imtahan nəticəsində yaranan müəllim özünəgüvəni gələcəyin azad və müstəqil müəllimini formalaşdırır. Azad düşüncəli müəllimin yetişdirdiyi vətəndaş da azad olacaq. Bu baxımdan sertifikasiya imtahanı haqqında qərar hədəfə köklənmiş, uzun proses tələb edən bir qərardır. Lakin fikirləşirəm ki, bu imtahan sadəcə biliyin ölçülməsi ilə kifayətlənməli deyil, daha genişmiqyaslı olmalıdır. Çünki bu günün müəllimi sadəcə biliklə sinifdə lider ola bilməz. Digər tərəfdən müəllimlik üçün bilikdən daha vacib dəyərlər var: nitq, ünsiyyət bacarığı, davranış, psixoloji durum, emosional zəka və s.
Bəzən faktoloji biliyi üst səviyyədə olmayan müəllimlər olur ki, o həm sevilir, həm də ciddi hörmət sahibidir. Onun digər bacarıqları biliyinin tam olmamasını əvəzləyə bilir. Çünki orta məktəbin vəzifəsi təkcə universitetlərə tələbə yetişdirmək deyil. Bu bütün təhsil sənədlərində ifadə edilir. Bu zaman müəllimin dəyərləndirilməsi də sadəcə elmi biliklərlə yox, digər sahələrlə də aparılmalıdır. Çünki bu gün cəmiyyətə bilikli, eyni zamanda vicdanlı, ədalətli, mərhəmətli, çevik zəkalı, tərbiyəli insanların yetişdirilməsi daha çox vacibdir. Buna görə də sertifikasiya imtahanlarının keçirilməsi üçün uzun müddətdir ki, üzərində işlədiyim və Hədəf Konseptinin tərkib hissəsi olduğu üçün artıq sınaqdan çıxardığımız bir sistemi təklif edirəm.
Biz bu sistemin adını PKPD – Pedaqoji Kadrların Performans Dəyərləndirilməsi qoymuşuq. Bu sistem düzgün işlədilərsə, bir müəllimin bütün tərəflərini dəyərləndirmək və haqqı olanı vermək imkanına sahib olarıq.
Pedaqoji heyətin dəyərləndirilməsi aşağıdakı meyarlar üzrə ümumi 100 ballıq şkala ilə qiymətləndirilir. Bura aiddir:
Pedaqoji işçinin
– balabilgə dəyərləndirilməsi – 30 bal;
– özünüqiymətləndirmə – 10 bal;
– rəhbərlik qiymətləndirməsi – 10 bal;
– müəllimin peşəkar inkişaf portfoliosu – 50 bal.
Bununla bağlı təklifimlə ətraflı tanış olmaq istəyənlər “Azərbaycan müəllimi” qəzetindəki (Buradan) yazımı oxuya bilərlər.
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Maraqli tehlili olan meqale idi.Yeni fikirleri tetbiq olunmalıdır.