Menu

İSTEFA VERƏN MƏMURDAN AĞIR SÖZLƏR - “Azərbaycan təhsilini pula satdınız...”

20.06.2024, 21:34
İSTEFA VERƏN MƏMURDAN AĞIR SÖZLƏR - “Azərbaycan təhsilini pula satdınız...”

Təhsil İnstitunun şöbə müdiri, Filologiya üzrə fəlsəfə doktoru Könül Aydın (Nəhmətova) tutduğu vəzifədən istefa verib.

"AzPolitika" "Yenisabah.az"-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib. 

Alim uzun müddətdir iş yerində təzyiqlərə məruz qaldığını bildirib: “İstefa verdim. İdarəetməsi, elmi sıfır olan, xalqa sədaqəti olmayan insanlarla işləməkdən yoruldum. Məruz qaldığım bütün təzyiqləri, gördüyüm qanunsuzluqları zamanla hər kəs biləcək! Hələ bu harasıdır?... İtirən sizsiniz. Mənim deyil, ölkənin dərdini çəkmək lazımdır.

Bunlarla işləmək mümkün deyil, yalnız vuruşmaq olar. İllərlə bunu etdim, indi ən azı, İlahi ədalətə tapşırıb, gedirəm. Allah nəyə layiqdirlərsə, onunla qarşılasın əməllərini”.

O, istefasının səbəbini belə açıqlayıb: “Mafiya (şəbəkə) qalib gəldi. Bunlar sizin idarəçiləriniz, bu da siz. Sağlıqla qalın. Mən çox dedim, siz ayılmadınız. Yuxunuz şirin olsun, mən getdim.

Mən bu ölkənin təhsilinin necə əxlaqsızcasına talandığını gördüm və tab gətirmədim, axırda məni uzaqlaşdırdılar. Bunlar - mafiya cəhənnəm. Çoxlarının leşə daraşmış quzğun kimi ordan-burdan dimdik atıb, bir az qənimət ələ keçirmək istəkləri lap iyrəndirdi məni. Nə simasız adamlara çevrildiniz?! Azərbaycan təhsilini pula satdiniz! Allah bir gün hamınızı çox ağır cəzalandıracaq, qarğa-quzğun sürüsü”. 

Şərhlər

N.Seyfeli. 2024-06-21 14:00:40

Bedbaxt AZERBAYCAN, gor kimlerin elinde alete cevrilmicen; nece deyerler ev qalib eyriye, kim yeye, kim seyriye! Bu qadinin ahi tutsun bunlari,....

Osman 2024-06-21 12:20:10

Dəvədən soruşurlar niyə boynun əyridir.O da cavab verir ki,hatam düzdür ki? ....Allah millətin köməyi olsun..

turan 2024-06-21 11:17:46

bütün sahələr bu gündədir....

TARİX 2024-06-21 10:44:40

COX TƏƏSÜFLƏR OLSUN KÖNÜL XANIM.ASLANLARI MEYDANDAN CIXARIB SİCANLARA ASLANLIQ TAPŞIRILIR.DƏVƏLƏRİ BİR COX HALDA UZUNQ... QUYRUĞUNA BAĞLAYIRLAR.ALLAH KÖMƏYİNİZ OLSUN.

Roma 2024-06-21 09:23:11

Könül xanım, ürək yanğısı ilə deyirsiniz bu sözləri. Bəli hazırda təhsil və eləcə də səhiyyə, mədəniyyət və digər sahələrdə vəziyyət çox acınacaqlıdır. Mənəvi dəyərlər aşınıb, düzəlməsi demək olar ki, mümkün deyildir, oturuşmuş bir talançı sistem qurulmuşdur ki, onlarla əlbir olmayanları yaxına buraxmırlar. Uşağ bağçalarına, məktəblərə və digər "tədris, təlim-tərbiyə" idarə və təşkilatlarına pulsuz qəbul yoxdur..."Mən yaxşı olum, cümlə-cahan batsa da batsın" devizi ilə yaşayırlar. Cəmiyyətdə doğru-düzgün, savadlı lakin kasıb adam gülüş hədəfinə çevrilib, savadsız "uzunqulaqlar", cibləri dolu olanlar, böyük hörmət-izzət sahibidirlər...Belə olan halda, övladına necə mənəvi keyfiyyətlər aşılayasan??? O da qayıdıb deyəcək ki, yaxşı sən bu keyfiyyətlərinlə nəyə nail olmusan, elementar dolanışığın yox, "ədalətdən, ləyaqətdən" danışırsan??? nə isə...

sadiq 2024-06-20 19:24:11

Təhsil sistemi bu gün ən bərbad vəziyyətdə olan sahələrdən biridir. Bu sistemin başında təhsildən bixəbər adamların toplanması bu sahəni viran etdi.

ƏNHU 2024-06-20 17:49:51

Hörmətli xanım, sizi yeni parlamentin sədri, Sostəminat və ya Təhsil naziri olaraq görrmək istəyirik. Miilətimizin balalarını onların cənginə verib getməyin.Bilirsiniz ki, ölkədə bütün savadlı və vicdanlı mütəxəssislər kənarda qalıb....Yəqin ki, msələyə ALLAH ÖZü qarışacaq.

VƏTƏNDAŞ 2024-06-20 16:46:29

Hayıf,belə insanları itirə-itirə gedirik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol