Xəbər verdiyimiz kimi, 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Prezident İlham Əliyevin sərəncamına əsasən, general-mayor Namiq İslamzadəyə general-leytenant, polkovniklər Vilayət Quluyev və Həsən Əlövsədova general-mayor ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, generalların hər üçü Vətən müharibəsinin iştirakçısı olublar.
"AzPolitika" xatırladır ki, Namiq İslamzadə Vətən Müharibəsi Qəhrəmanıdır. O, 44 günlük zəfər tariximizdə iştirakı ilə əlaqədar “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Bundan başqa, “Heydər Əliyevin 100 illiyi” (1923–2023) yubiley medalına layiq görülüb.

Qeyd edək ki, Namiq İslamzadə bu il may ayında Hərbi Hava Qüvvələrinə komandan təyin edilib. Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb.
Bu gün general olan Vilayət Quluyev də Vətən Müharibəsinin gedişində ayağından qəlpə yarası alsa da, qısa müddət sonra döyüşlərə qayıdıb.
.png)
“Qafqazinfo”nun məlumatına görə, o, Füzuli, Cəbrayıl, Hadrut və bir çox istiqamətlərdə yaşayış məntəqələrinin işğaldan azad edilməsində iştirak edib. O, Şuşanın azad edilməsində də iştirak edən zabitlərdəndir. V.Quluyev şücaətlərinə görə Prezidentin Sərəncamı ilə “Rəşadət” ordeni ilə təltif edilib.
General-mayor rütbəsi verilən polkovnik Həsən Əlövsətov da Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıq nümayiş etdirib.

Polkovnik Əlövsətov Hərbi Hava Qüvvələrində xidmət edib. Müharibədən sonra Prezidentin Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif edilib. Əslən Şabran rayonundan olan H.Əlövsətov “Mi-17” vertolyot eskadrilyasının komandiri olub.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
“general-leytenant” hərbi rütbəsi
general-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə
“general-mayor” hərbi rütbəsi
polkovnik Həsən Əli oğlu Əlövsədova
polkovnik Vilayət Bərxuda oğlu Quluyevə".

Şərhlər
bu sözun yazma yazma yazma