Menu

Bu seçki dairələrinin adı dəyişdirildi - SİYAHI

27.06.2024, 16:18
Bu seçki dairələrinin adı dəyişdirildi - SİYAHI

Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilir.

Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, Azərbaycanda Ağdərə rayonun yaradılması barədə qərar qəbul olunub.

“Bununla bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq addımlar atılmalıdır. Tərtər, Kəlbəcər və Ağdam rayonlarının ərazisində qismən dəyişiklik edilməklə Ağdərə rayonu yaradılıb. Bununla bağlı olaraq seçki dairələrinin hüdudlarına dəyişiklik edilməsi zərurəti yaranıb”, - deyə o əlavə edib.

MSK təmsilçilik baxımından bütün rayonların Azərbaycan Respublikası Parlamentində təmsil olunması üçün müəyyən uyğunlaşdırmalar aparmalıdır.

Belə ki, 96 saylı Göranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd, 125 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin hüdudlarında və adında qismən dəyişiklik edilməlidir.

MSK məsələni səsverməyə çıxararaq qəbul edib.

Seçki dairələrinin adları belə dəyişdirilib:

96 saylı Göranboy - 96 saylı Goranboy-Naftalan seçki dairəsi

97 saylı Tərtər-Naftalan-Goranboy - 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi

118 saylı Ağdam şəhər - 118 saylı Ağdam-Xocalı seçki dairəsi

119 saylı Ağdam kənd - 119 saylı Ağdam seçki dairəsi

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi - 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol