Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
İclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
Qərara əsasən avtobus və metro sərnişin daşımalarının qiyməti 50 qəpik müəyyən edilib.
"Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 sentyabr tarixli 2315 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 sentyabr tarixli 767s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"nin 3.0.7-ci yarımbəndini və 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərara alır:
-Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik;
-Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik;
-Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik.

Şərhlər
Rabitə ilə yanaşı Nəqliyyat da əldən gedir ! Hər şeyi kadr həll edir. Ona görədə Rabitə və Nəqliyyat nazirliyində köklü kadr islahatları aparılmalıdır!
Bakıda Avtobusun və Metronun qiymətinin qalxmasını başa düşdük, görəsən rayonlarda nə üçün marşurutun qiymətini qalxıb ? rayonlarda şəhər marşurutunda köhnə Fort nəqliyyat vasitələrindən istifadə olunur, camaat bir-birinin içində gedirlər, əyilib maşına minirsən, başın dəyir... Görəsən nazirin xəbəri varmı, Şəki də şəhər daxili marşurut nəqliyyat vasitələrinin vəziyyəti necədir ? şəki Nəqliyyat Departamentinə korrupsionerin oğlunu təyin ediblər, korrupsioner mafiya Nəqliyyat Departamentini idarə edirlər, vəziyyət olduqca ağırdır, qiymətin qalxması Şəki də marşurutuna şamil edilməməlidir!. Nazir görünür rayonlardan xəbəri yoxdur, olseydi rayonlarda qiymət qalxmazdı.
Hakimiyyətə suaı:Avtobus daşımaları tarifi 150 faiz artıqıldığı halda ,buna uyğun olaraq ətzaq və xidmətlərin 35-60 faiz artımı halında bəs əhalinin maaş və pensiyalarının 10-11 faiz artımı nəyin göstəricidir?Belə hallar kasıb saldığınız əhalinin daha da ağır həyatla üzləşməsi deyilmi? Xalq necə belə hakimiyyətdən razı qala bilər?bunu bir araşdırıb,ağıllı və xalqı düşünən varçı?Bu hallar inqilaba çağırış deyilmi?
HƏR ŞEYİN QİYMƏTİ ARTA ARTA GEDİR,MİLLİDƏYƏRLƏRDƏN BAŞQA.
Toxun acdan nə xəbəri var. Öz xalqına qarşı qanunlar qəbul edən hökümətlər arasında dünya çempionatı keçirilsəydi bizim hökümət 1-ci yeri tutardı.
Talançı məmurlar 200-500 minlik milyonluq maşında gəzir. Millətin kasıb hissəsi çörək pulu tapmır. Qiyməti niyə belə qaldırırsınız. Toxun acdan xəbəri yoxdur. Ancaq insanda vicdan gərək ola. ...