Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Pakistanda səfərdədir. Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən Pakistan HHQ-nin qırıcılar havaya qaldırılıb.

Pakistan Hərbi Hava Qüvvələrinin qırıcıları ölkə başçısı İlham Əliyevin təyyarəsini müşayiət edib.

"AzPolitika" xəbər verir ki, bu barədə prezidentin köməkçisi Hikmət Hacıyev "X" hesabından video paylaşıb.

"Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın 1 nömrəli heyətini salamlayır və müşayiət edir!”, - deyə paylaşımda qeyd olunub.

Pakistan Hərbi Hava Qüvvələri də bununla bağlı görüntüləri yayıb. Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, ölkə başçısı bu gün Pakistana iki günlük rəsmi səfərə yollanıb.

"AzPolitika.info"