Menu

MİLLİ MƏCLİSİN APARATININ SABİQ RƏHBƏRİ VƏFAT ETDİ - Uzun sürən xəstəlikdən sonra

22.07.2024, 21:45
MİLLİ MƏCLİSİN APARATININ SABİQ RƏHBƏRİ VƏFAT ETDİ - Uzun sürən xəstəlikdən sonra

Milli Məclis Aparatının sabiq rəhbəri, həqiqi dövlət müşaviri Səfa Mirzəyev vəfat edib.

Bu barədə mərhumun ailəsindən məlumat verilib.

O, uzun sürən xəstəlikdən sonra bir qədər əvvəl dünyasını dəyişib.

Qeyd edək ki, Səfa Mirzəyev 1952-ci il mayın 12-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur.

1992-ci ildən Milli Məclis Aparatında işləyib. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.

6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri olub. 1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub. 11 may 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə, 11 may 2022-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İki il öncə Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Şərhlər

Osman 2024-07-25 11:43:06

Axarıncı olsun.bir PKK-lı getdi!

RE 2024-07-23 08:10:36

MM de onnanda qocalar var

Bəhram 2024-07-23 08:02:14

Suveren Azərbaycanın ilk Konstitusiyasının tərtibatçısı tanımadığım Mrzəli Səfaya uca Allahdan rəhmət, qalanlarına səbr və sağlamlıq nəsib olsun.

Rauf 2024-07-22 22:38:06

Xain........

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol