Menu

MƏLEYKƏ ABBASZADƏYƏ 2 MÜAVİN TƏYİN EDİLDİ - Əmr imzalanıb

24.07.2024, 21:00
MƏLEYKƏ ABBASZADƏYƏ 2 MÜAVİN TƏYİN EDİLDİ -  Əmr imzalanıb

Xəbər verdiyimiz kimi, Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri təyin edilib. Bu barədə müvafiq əmr imzalanıb.

“AzPolitika" DİM-in saytına istinadən xəbər verir ki, Namiq Babayev və Bəhram Xəlilov DİM İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıblar.

Xatırladaq ki, indiyə qədər Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurası olub. M.Abbaszadə DİM-in Direktorlar Şurasının sədri idi.

N.Babayev və B.Xəlilov isə DİM-in Direktorlar Şurası sədrinin müavini vəzifəsini icra ediblər.

Qeyd edək ki, Prezidentin ötəngünkü Sərəncamı ilə Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə cari rəhbərliyi 3 (üç) üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.

Şərhlər

İ.İmamov 2024-07-24 16:01:14

Hər ikisi layiqli namizətdir. Təbrik edirəm və uğurlar azulayrıam.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol