Menu

"Dünya Rusiyanı II Sülh Sammitində görmək istəyirsə, buna qarşı çıxa bilmərik" - Zelenski

31.07.2024, 22:00
"Dünya Rusiyanı II Sülh Sammitində görmək istəyirsə, buna qarşı çıxa bilmərik" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski əksər dünya ölkələrinin Rusiyanın ikinci Sülh Sammitində iştirakını istəyirsə, “Ukrayna bu təşəbbüsə qarşı çıxa bilməz”.

“Report” xəbər verir ki, bu barədə Şərqi Avropa ölkəsinin dövlət başçısı Fransa KİV-ə müsahibəsində deyib.

Bu gün dünyanın əksəriyyəti deyir ki, ikinci Sammitdə Rusiya nümayəndələri olmalıdır, əks halda güclü nəticələr əldə edə bilmərik. Çünki Rusiya Ukraynaya qarşı döyüşür və bu müharibənin tərəfləri bunlardır və ona görə də bütün dünyanın ikinci Sammitdə Rusiya nümayəndələrinin olmasına ehtiyacı var”, – Ukrayna lideri söyləyib.

Zelenski xatırladıb ki, Ukrayna sülh formulu əsasında plan formalaşdırmağa hazırlaşır. Prezidentin sözlərinə görə, o, diplomatların qarşısına sənədi noyabrda hazırlamağı tapşırıb. O, tərəfdaşlarına da müvafiq xahişlə müraciət edib.

Dövlət başçısı vurğulayıb ki, sülh planı Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və s. məsələləri əhatə edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol