“Bəzi bölgələrdə yüksək internet tarifləri ucbatından internet xidmətindən imtina etmək istəyənlərə qarşı yerli qovşaqların qanunsuz və ədalətsiz münasibət sərgilədiyi bildirilir”.
“AzPolitika” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) sədri Osman Gündüz bildirib.
Onun sözlərinə görə, “Aztelekom” tərəfindən abonentə pulsuz təqdim edilən modemlər geri təhvil alınmır, əvəzində isə imtina etdiyinə görə ondan 130 manat cərimə tələb olunur: “Həmçinin, bu vətəndaşlara bildirilir ki, aşağı qiymətlərlə internet xidməti təklif edən özəl provayderlər də tezliklə qiymətləri qaldıracaqlar. Normalda isə, modemi təhvil verməklə xidmətdən sərbəst imtina etmək hüququnun olması vətəndaşa izah olunmalıdır”.
Ekspert xatırladır ki, “Aztelekom” dövlət şirkəti son 2-3 ildə bölgələrdə yeni GPON infrastrukturu qurduqdan sonra, “Huawei” şirkətindən aldığı modemləri vətəndaşlara pulsuz təqdim etməklə, minimal 18 manat (40 Mbit/s) olmaqla bir illik internet xidməti müqaviləsi bağlayıblar: “İndi isə, 15 avqust tarixdən başlayaraq “Aztelekom” minimal tarifləri 25 manata (100Mbit/s) qaldırıb. Bundan sonra, bu internet sürətlərinə ehtiyacı olmayanların seçimləri olmadığından xidmətdən imtina etməsi, xidmətə bağlanmaq üçün qonşularla "şərikli internet" seçimi etmələri haqqında sosial mediada məlumatlar açıqlanıb”.
Xatırladaq ki. Antiinhisar Dövlət Xidməti “Aztelekom” təbii inhisar subyektinin minimal tarif artımını qanunsuz hesab edib və araşdırmalar başladıb.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Hərliyib fırlayıb milləti ancaq yükləməklə məşğuldurlar. ÖzLƏRİNİ ELƏ APArırlar ki belə alınır ki bunlar erməninin yox bu millətin düşmənidirlər. Bütün baş verənlər bunu təsdiqləyir. Bir qrup məmur bu millətin axırına çıxmaq istəyir
Rabitə dözülməz bir vəziyyətdədir, çünki qeyri-peşəkar kadrlar rəhbərlik edirlər. Rabitə dövlətin bel sütunudur! Rabitəyə qara çörəyə qane olanlar rəhbərlik etməlidirlər. Rəşad Nəbiyev nazir olandan onun qəbuluna düşə bilmədim.....? Vətəndaşı qəbul etməmək, o özünü "Şah" hesab etməsindən xəbər verir!
Rabitəni və rabitəçiləri ramin quluzadənin və əli abdullayevin dövründə məhf etdilər,bu gələnlərində Allah canlarını sağ etməsin,harda can verən müəssə varsa 95 markalı benzinlə tam yandırırlar,oxşuyur bunlara təlimat yuxarıdan gəlir.
Rabitə sahəsi Neft sektorundan sonra birinci pirioritet sahədir. Rabitəyə qeyri-peşəkar kadrlar rəhbərlik edirlər. Bu səbəbli Rabitə keçmiş Kolxoz idarəsini xatırladır..... ? Rabitə olduqca gəlirli sahədir, onun gəlirinə nəzarət edən yoxdur, çünki 3-5 dəfə baha qiymətə əşyaları qiymətləndirilir, dövlət büdcəsini talan edirlər. Rabitə Nazirliyi başda olmaqla, onun tabeli müəssisələrində köklü surətdə yoxlamalar aparılmalıdır! Rəşad Nəbiyev özündən əvvəlki nazirlərin ölənlərinə Rəhmət oxutdiurur! Nə qədər gec deyil yoxlamalara start verilməlidir.......!
Bizdə qonşularla qoşulduq bu imtina kompaniyasina.
Şərhlərin saytda görünməsi son həftə yaman gecikir nədənsə,vaxtı çox ötür deyə boyat aşa oxşayır.İnsanlar ötüb keçən xəbərləri oxuyurlarmı ki,o xəbərlərə yazılan şərhləri də oxusunlar?Bu gün xəbər saytlarında hansı xəbəri görürlərsə onu oxuyurlar.Sizə zəhmət də olsa şərhləri vaxtında verin mümkünsə.
Biz də üç qonşu birləşərək sözü bir yerə qoyub Aztelekomun xalqla sayqısız rəftarına etiraz əlaməti olaraq imtina kampaniyasına qoşulduq. Ölkədə özünə çox rahat yuva qurmuş bu hiyləgər və ərköyün şirkətin imperialist maraqlarının qarşısı alınmalıdır.
Başdan-başa ştraflar ölkəsinə çevrilmişik vallah.Hayana baxırsan ştrafdı.Yaxşı,yol hərəkətini başa düşdük birtəhər,deyək ki guya bizim təhlükəsizliyimiz üçündü o qorxunc ştraflar.Siqaretin də gün-gündən bahalaşmağını anladıq,guya onu da bizim sağlığımız düşünülərək bahalaşdırırlar,siqaret sağlığa zərərli olduğu üçün yəni,baxmayaraq ki ət və balıq, əksinə,son dərəcə xeyirlidir,amma onun da qiyməti ceyran belindədir.Amma bu internet məsələsində nə deyib ştraf etmək olar internet istifadəçilərini?Radara düşüblərmi?Ötmə qaydasını pozublarmı?Kəmər taxmayıblarmı?Sükan arxasında telefonla danışıblarmı?Aylıq 18 manatdan razılaşdırılmış şeyi birdəncə 25 manata qaldırmısınız,millət də qaytarır modemlərinizi ki,bahadı,gücümüz çatmır ödəməyə.Aaaa! İmtinaya haqqı yoxdurmu yəni?Şərti istifadəçilər pozublarmı ki,tutub onları ştraf edəsiniz?Şərti siz pozmusunuz axı,18 manatlıq şeyi 25 manata qaldıraraq.Sizmi ştraf etməkdə haqlısınız,yoxsa istifadəçilər sizi məhkəməyə verərək sizdən külli-miqdar təzminat tələb etməkdəmi?A balam,hər şeyin bir təhəri var,əndazəsi var axı.Burda mənəm,Bağdadda kor xəlifə əyyamı deyil ee.O,həsənsoxdu dəyirmanıdı,biz isə sivil,müstəqil,varlı-hallı bir dövlətik.
Əkmirlər,becərmirlər,zəhmət çəkib tər tökmürlər,geniş kabinetlərdə çiçi kostyumlarda aparat qarşısında oturub göydən müftə gələn interneti necə də acımasızca qaldıra-qaldıra durublar.İnternet də benzinlə gəlirmi ki,benzin bahalaşdı deyə qiymətləri qaldırıblar?A balam,bəsdi də.Allah gözünüzü doyursun.Allah Allaaah!Nə qədər acgöz insanlar imişik biz!Yəni heç doyan günümüz olmayacaqmı?
Muqavilənin şərtini Aztelekom özü pozub. Yəni müqavilə bağlananda göstərilməmişdir ki. 2-3 aydan sonra "xiyar" məsəli olacaq. Aztelekom qiyməti qaldıracaq və istifadəçinin seçim hüququn məhdudlaşdıraraq öz istədiyin diktə edəcək 100m/s əvəzinə 20-25 m/s sürət verib istifadəçini aldadacaq. 15 avqust tarixindən 100m/s sürətin pulun demək olarki zorən məndən aldılar və 45 m/s sürətdən yuxarı surət görməmişəm . O da pık olmayan vaxtı.
Gülməli budur ki, onlar 100 de deyirler 100 mbitdir eslinde camaat hemiseki kimi qazlayirlar