Menu

Harris özünü sağlam düşüncəli prezident adlandırıb

23.08.2024, 09:02
Harris özünü sağlam düşüncəli prezident adlandırıb

ABŞ-ın vitse-prezidenti Kamala Harris bildirib ki, qarşıdan gələn seçkilərdə qalib gəlsə, ABŞ dövlətinin başçısı postuna layiq olaraq realist və praktik lider olacaq.

APA xəbər verir ki, o bu sözləri seçiciləri ilə görüş zamanı səsləndirib.

O bildirib ki, əgər o, Ağ Evin rəhbəri postunu tuta bilsə real, praktik, sağlam düşüncəli yanaşmanı davam etdirəcək.

"Mən bizi ən yüksək arzularımız ətrafında birləşdirən prezident olacağam", - deyə o bildirib.

Harris həmçinin seçkidə qalib gələcəyi təqdirdə həmişə ABŞ xalqı üçün “məhkəmə binasından Ağ Evə qədər” mübarizə aparmağı planlaşdırdığını deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol