Torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 ildir istehsalı dayanan məşhur “İstisu” təbii mineral suyu artıq ötən gündən etibarən paytaxt mağazalarında satışa çıxarılıb.
Marketlərdə “İstisu” təbii mineral içkisinə həm plastik, həm də şüşə qablaşdırmada rast gəlmək mümkündür. “İstisu” mineral suyunun 1 litri plastik qablaşdırmada 1 manat 40 qəpiyə, 0,5 litri isə 90 qəpiyə satılır. Şüşə qablaşdırmada isə 0.5 litri 1 manat 30 qəpik, 0.250 litri 90 qəpiyə təklif olunur.
Qeyd edək ki, Kəlbəcərin simvoluna çevrilən mineral suyun illər sonra yenidən mağaza vitrinlərini bəzəməsi hər birimizdə xoş təəsürat yaratsa da, yerli istehsal olan məhsulun qiymətinin yüksək olması bir qədər narazılığa səbəb olub. Sosial şəbəkə istifadəçiləri sözügedən suyun qiymətinin digər yerli və xarici mineral sularla müqayisədə baha olduğunu bildiriblər.

Məlumat üçün qeyd edək ki, ilk dəfə 1976-ci ildən etibarən Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur.

“İstisu” - natrium bikarbonat və sulfatla zəngin mineral su kimi təsnif edilir. Tərkibində olan kalsium, maqnezium, bikarbonat, sulfat və digər faydalı elementlər orqanizmə müsbət təsir göstərir. Sentyabrın 2-dən fəaliyyətə başlayan“İstisu” zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır.
Bəs maraqlıdır, 30 ildən sonra satışına başlanılan mineral su hazırki qiymətlə yerli su bazarında rəqabətə tab gətirə biləcəkmi?

Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, sosial şəbəkələrdəki narazılıqlar sual doğurur:“Müxtəlif ölkələrdən məsələn, Çexiyanın, Rusiyanın və ya tərkibi aşağı-yuxarı bizim sularla eyni olan Türkiyənin müxtəlif su markalarının qiyməti ortalama 3-4 manat aralığındadır. Məsələ ondadır ki, burada heç kimə məcburi şəkildə su satılmır. İnsanlar niyə fikirləşirlər ki, bütün məhsullar eyni qiymətə satılmalıdır? Bazar iqtisadiyyatıdır və hər bir şirkət sərbəst şəkildə qiyməti özü təyin edə bilər. Digər sahələrdə də belədir. Məsələn, adi geyimi götürsək, Türkiyədən, Çindən və İtaliyadan gələn geyimlərin hər biri fərqli qiymətə təklif olunur. Heç kimi məcbur etmirlər ki, sən mütləq bu məhsulu almalısan”.
Ekspert qeyd edib ki, Qarabağ regionunda xərcləri artıran bir sıra nüanslar var:“Əvvala işçi qüvvəsi digər bölgələrlə müqayisədə bahadır. Yaşam və sosial həyat üçün hələ normal şərait olmadığına görə, kənardan işçi qüvvəsi cəlb olunur və nəticədə xərclər artır. Həmçinin daşınma ilə bağlı da problemlər var. Məsafə uzaqdır, yolların vəziyyəti yaxşı deyil və s. Ona görə də insanlar düşünməməlidir ki, Qarabağda ərsəyə gələn hər hansı bir şey ucuz olacaq. Çünki əlavə xərclər var və çoxdur. Bu yaxınlarda xatırlayırsınızsa, balın baha olması ilə bağlı da xəbərlər yayılmışdı. Kəlbəcər və Laçın balı digər bölgələrin məhsulundan baha qiymətə təklif olunurdu. Qeyd olunanları nəzərə alsaq, bu cür məhsulların baha olması normaldır”.
X. Kərimli əlavə edib ki, qiymətin baha olduğunu düşünən insanlar bu məhsulu almaya bilərlər. Ekspert qeyd edib ki, məhsul satılmadığı təqdirdə şirkət tərəfindən məcburi olaraq bazar qiymətinə uyğunlaşdırıla bilər.

Maraq üçün Azərbaycan bazarındakı bəzi təbii və müalicəvi suların (şüşə qabda olan-red.) qiymətlərini təqdim edirik:
- “Acqua panna” (İtaliya) – 7 manat 80 qəpik (0.750 litr);
- “Sanpellegrino” (İtaliya) – 5 manat 80 qəpik (0.250 litr);
- “Sırma” (Türkiyə) – 3 manat 60 qəpik (0.750 litr);
- “Erikli” (Türkiyə) – 3 manat 45 qəpik (0.750 litr);
- “Sirab premium” (Azərbaycan) – 2 manat 70 qəpik (0.750 litr);
- “Borjomi” (Gürcüstan) – 2 manat 60 qəpik (1.250 litr);
- “Essentuki” (Rusiya) – 2 manat (1.500 litr);
- “Riçal” (Rusiya) – 2 manat (1 litr);
- “Kobi” (Gürcüstan) – 1 manat 70 qəpik (1litr);
- “Nabeqlavi” (Gürcüstan) – 1 manat 40 qəpik (0.500 litr);
- “Prirodi” (Rusiya) - 1 manat 30 qəpik (0.450 litr);
- “Uludağ” (Türkiyə) – 1 manat 20 qəpik (0.200 litr);
- “Slavyanka” (Azərbaycan) – 1 manat 10 qəpik (0.500 litr);
- “Sirab” (qazlı) (Azərbaycan) – 1 amanat 10 qəpik (0.500 litr);
- “Badamlı” (Azərbaycan) – 1 manat 15 qəpik (0.500 litr).
E. Bəyməmmədli
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda hazırlanmışdır.


Şərhlər
Nağıl danışır
Bu 500 qram suyun qablaşdırıldıqdan sonra neçəyə mal olduğunu bilirsinzmi?Bilmirsinizsə öyrənin.Mineral su olan Badamlı və sirab heç bir mezanizm olmaan yerdən özbaçına çıxır.bu suyun qablaşırıldığı pet qabın qiyməti 2-3 qəpiyə başa gəlir (onun çəkisi və xannalının qiyməti və abadanlıq,zəhmət saxil olmaqla).Belə götürüldükdə bu suyun pet butulkalara doldtrtlmasl isə haradasa 2.5-3 qəpik olur.Deməli naxçıvanda 500 qramlıq su6-8 qəpiyə başa gəlir.Br tirə yerləşən 500 qramlıq suyun Baklya və ya başqa rayona çatdlrılmasına a 5 qəpik hrsablasaq Baklda suyun dəyri 13-15 qəpik olur.bəs hansı haqla və hansı hrsabla 500 qramkıq su 1 manatdan tuxarl vətəndaşa satılır?Bu suala cavab hamı üçün maraqlıdır.Yalanla varlanmaq cinayət sayılmır?
Pet qabların dəyəri 1-1.5 qəpik Difər xərc .bu suyun doldurulması və çatdırılmasıdır. Bir qab üoün 5 qəpik.Monopolistin qazanşı bu zaman 700-800 faiz olur.(SATIŞ MƏNTƏQƏLƏRİ İLƏ BİRLİKDƏ.) Bəs bu gəlirdən dövlətə nə qədər vergi ödənilir?Nəzarət orqanları bununla maraqlanırlarmı? Əsla yox!Çünki monopolistər xüsusi adamlardır və onlara nədənsə heç kim toxunmurNəticədə xalqın cibi soyulur.
Azərbaycanda suların baha satılması hakimiyyətin mühafizəsində olan,sərbəst buraxılan monopolistlərin əməlləridir.Onlar istədikləri qiyməti Tarif şurasında təsdiqlədir və xalqı soymaqla məşğuldurlar.Sanki ölkədə dövlət.tarif.verg nəzarəti onlara aid deyıl.Bax.əsas səbəb budur.İnanmayan obyektlərə yaxınlaşıb,sadə hesablamalarla bunu öyrənə bilər.
Söhbət şüşə qabda olan sulardan gedir, Siz dediyiniz plastik qabda olan suyun qiymətidir, oxumağı öyrənib, sonra fikir bildir.
Deyəsən bu ekspert İsti su şirkətində pay sahibidİr. Hələ bir gülməli ekspert daha var. Natiq Cəfərli. O da gecə təxminən saat 2 radələrində qəflətən yağın qiymətinin ikiqat artırılmasını təbəssümlə qarşılayıb və günahı obyektiv gerçəkliyin üstünə atıb. Milləti "neprav" çıxardıb.
Manipulyasiya ilə məşğul olmayın qiymətləri doğru yazın, məsələn 1.5 l Sirab cəmi 1 manatdı bütün marketlərdə, endirimdə hətta 85 qəpik olan vaxtlar da olur.
Narahat olmayın ,bir neçə aydan sonra Bakıda doldurulan İsti su 90-qəpiyə satışa çıxacaq ,bol-bol içərsiz ,nuş olsun .Bu ekspert Marsdan gəlib ,xaricilərlə bizi müqayisə edir ,orada orta əmək haqqı nə qədərdi ,ekspert ?