Menu

GENERAL- MAYORA NAZİRLİKDƏ VƏZİFƏ VERİLDİ - İdarə rəisi təyin edilib + FOTO

07.09.2024, 20:50
GENERAL- MAYORA NAZİRLİKDƏ VƏZİFƏ VERİLDİ  - İdarə rəisi təyin edilib + FOTO

Müdafiə Nazirliyinin (MN) Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini general-mayor Eldəniz Yəhyayev icra edir.

“Report”un əldə etdiyi məlumata görə, E.Yəhyayev bir müddət öncə bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, Eldəniz Telman oğlu Yəhyayevə 2022-ci ildə Prezident İlham Əliyevin "Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında" Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.

O, daha əvvəl nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışıb.

Şərhlər

mayor 2024-09-07 18:52:20

Yaxşı çatdırıb.

Mubariz 2024-09-07 18:49:23

Təminatla məşğul olanlar niyə general olmalıdır ? O elə bir sahədir ki ,hər zaman çirkaba batırsan ,təmiz işləyəni isə ora təyin etməzlər Ora sıravi vətəndaş təyin edilsin və tutulanda da general adına xələl gətirməsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol