Menu

Bakıda 14 yaşlı qızı avtomobil vuraraq ağır xəsarət yetirib

08.09.2024, 09:46
Bakıda 14 yaşlı qızı avtomobil vuraraq ağır xəsarət yetirib

Bakının Xəzər rayonununda yeniyetmənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 2010-cu il təvəllüdlü M.N-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol