Menu

İranın müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırılıb

09.09.2024, 20:15
İranın müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırılıb

İranın müvəqqəti işlər vəkili Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.

Diplomata Rusiyaya raketlərin tədarükü ilə bağlı sərt xəbərdarlıq edilib.

Məlumatda qeyd olunub ki, əgər İranın Rusiyaya raket tədarük faktı öz təsdiqini taparsa, bunun Ukrayna-İran ikitərəfli münasibətləri üçün dağıdıcı və bərpa olunmaz nəticələri olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol