Menu

ABŞ-nin iki ştatında ölümcül virus səbəbindən komendant saatı tətbiq edilib

11.09.2024, 00:03
ABŞ-nin iki ştatında ölümcül virus səbəbindən komendant saatı tətbiq edilib

ABŞ-nin Vermont və Massaçusets ştatlarında şərqi at ensefaliti virusunun yayılması səbəbindən komendant saatı tətbiq olunub.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, ağcaqanadların daşıdığı ölümcül xəstəliyə yoluxma riski səbəbindən axşam kütləvi tədbirlər ləğv edilib.

Virus Şimali, Mərkəzi və Cənubi Amerika və Karib dənizində rast gəlinən zoonotik ağcaqanad vektorlu Toqavirusun yaratdığı infeksiyadır. Şərqi at ensefaliti virusuna yoluxan insanlarda yüksək hərarət, qusma, ishal, əzələ ağrısı və titrəmə kimi əlamətlər müşahidə olunur.

Yerli səhiyyə departamenti ştat sakinlərinə ağcaqanadların aktivliyinin yüksək olduğu dövrdə axşam saat altıdan səhər saat altıya qədər küçəyə çıxmamağı tövsiyə edib.

Şərhlər

dadaşyev 2024-09-11 00:48:44

Başqa heyvanlar bitdi,indi də at xəstəliyi çıxdı?Ensefalit nədi a bala?Bataqlıq qunduzudu?Bu hiyləgər Qebreyesus dəyyusdan çıxmayan hoqqalar yoxdu daa mən ölüm.Bill Geytslər,Zukkerberqlər bəşəriyyəti yenidən qapadaraq kompyuterlər vasitəsilə on milyardlar qazanmaları üçün kağıza yazıb buna nə ötürürlərsə onu da çıxıb oxuyur.Vicdansız köpəyoğlu.Elə rəhmətlik dədəsi də 37-ci ildə belə şeylərin qurbanı oldu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol