Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə 14 iqtisadi rayonun yaradılması ölkənin yeni idarəetmə modelinə keçidini də aktuallaşdırıb. Azərbaycanda dövlət idarəçiliyinin daha səmərəli qurulması üçün ekspertlər mövcud icra hakimiyyətlərinin ləğvini zərurui hesab edir. İcra hakimiyyətlərini əvəz edəcək daha səmərəli və müasir tələblərə cavab verən regional strukturların formalaşdırılması təklif olunur.
Yeni yaradılan iqtisadi rayonlar üzrə belə strukturların formalaşdırılması mümkün hesab edilir. Hazırda işğaldan azad edilmiş rayonlarda xüsusi nümayəndəlik institutu fəaliyyət göstərir. Dövlət başçısının sərəncamı ilə yaradılmış yeni institut faktiki olaraq bütün idarəetmə mexanizmini həyata keçirir. Hazırkı idarəetmə modelinin dəyişdirilməsi və icra hakimiyyətlərinin lxüsusi nümayəndəliklərlə əvəz edilməsi həm idarətetmənin sadələşməsinə, həm də səmərəliliyini artmasına səbəb olar.

"AzPolitika" xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Məclisin sabiq deputatı Vahid Əhmədov "News24.az"-a bildirib ki, bununla bağlı artıq işlərə başlanılıb və prosesin ölkənin uzunmüddətli inkişaf strategiyasında mühüm rol oynayacağı gözlənilir: “Bununla bağlı uzun zamandır müzakirələr gedir, amma icra hakimiyyətlərinin ləğv olunması üçün Konstitusiyada dəyişiklik lazımdır. Ölkədə referendum keçirilməlidir. Artıq cənab prezidentin sərəncamı ilə Qarabağda nümayəndəliklər təyin olunub və onlar öz işlərini kifayət qədər peşəkarcasına yerinə yetirirlər. Bu heç də şübhəli deyil ki, irəliləyən zamanlarda ölkəmizin digər ərazilərinə də prezidentin xüsusi nümayəndəsi təyin olunacaq. Bu məsələ ilin əvvəlində müzakirə olunmuşdu. Bildirilmişdi ki, yerli icra hakimiyyətləri ləğv olunsun və onların yerində yerli nümayəndəliklər yaradılsın”.
Sabiq deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların davamı olaraq, Azərbaycan idarəetmə modelində əhəmiyyətli dəyişikliklərə hazırlaşır. Onun sözlərinə görə, Milli Məclisdə bu mövzu ilə bağlı geniş müzakirələr gedib və bu müsbət qarşılanıb.
Vahid Əhmədov əlavə edib ki, icra hakimiyyətlərinin ləğvi və yeni iqtisadi rayonların yaradılması ilə Azərbaycan daha müasir və çevik bir idarəetmə modelinə keçəcək: “Faktiki olaraq Qarabağa təyin olunan prezidentin xüsusi nümayəndəlikləri özünü yaxşı mənada doğruldub. Belə görünür ki, bütün Azərbaycan ərazilərində bu modeli tətbiq etmək olar. Yerli icra hakimiyyəti orqanları özünü bəzi yerlərdə doğrulda bilmədi. Bu prosesin uzun çəkəcəyini düşünmürəm, yaxın aylarda artıq tamamilə yeni modelə keçid edə bilərik”.
"AzPolitika"

Şərhlər
Əyər tezliklə Referendum keçiriləcəksə indiki seskilərin nəticələri tam şəkildə ləğv olunmalıdır.Referendumdan sonra yeni seçkilər olmalıdır .bunu qanun deyir. 1 sentyabr seçkiləri Azərbaycan tarixində görünməmiş bir biabırçılıqdir. saat 7 tamama kimi 105 seçici gəldi səs verdi.axşam qutudan 1200 çıxdı. Fələk də bundan baş şıxara bilmədi.dünya bizə gülür. bunu seçkidə iştirak edən müşahidəçilər özləri danışırlar.
Əminlıkə deyirəm Cənab Prizidentimiz buna bir əncam çəkəcək.Dünya şöhrətli Prizidentimiz imkan verməz ki ətrafında olanlar onun bu qaydada reytinqini aşağı salsın
kecel hesen , hesen kecek
Əlbəttə,yeniliklər yaxşıdır.Təzə nəfəs,təzə ümidlər deməkdir.İcrakom isə elə sovet dövrünün raykomu kimi bir şey deməkdir.Amma idarəetmədə bir fərq olacaqmı?Tutaq ki 1 rayonun yox,5 rayonun bir böyüyü olur,bunca yaltaqlığa meylli cəmiyyət olduğumuz halda,vəzifəli görəndə belimizi əyməyi adət etdiyimiz halda həmin o nümayəndəlik də icrakom kimi bir şey olmayacaqmı?Artıq bir rayonun deyil,beş rayonun yekə icrakomu.7 rayon birləşəndə bir az da yekə icrakom olacaq,10 rayon birləşsə lap yekə icrakom.!0-dan artıq rayon birləşəndə isə salon ayağa duracaq.Gurultulu,sürəkli alqışlar,salam deyəndə hamı əl çalacaq ki yaxşı dedi salamı,ruzigarın gözü hələ belə salam görməyib.Ən bahalı rəssamlara yağlı boya ilə şəklini çəkdirib gəlin qabağında güzgü əvəzi tutacaqlar,hamı evində onun portretini dədəsinin portretindən üstdə asacaq ki,birdən icrakomun yolu bunun evinə düşsə görsün ki,onu dədəsindən artıq istəyir,gipsdən balaca büstünü qayırtdırıb aynabənddə pilləkənin başına qoyacaqlar.A balam,Türkiyədəki kimi bələdiyyə sistemi olmayınca idarəetmədə işlər yürüməyəcək.Orada bələdiyyəni həqiqətən də xalq seçir və dövlət onun idarəçilik işinə qarışmır.O rayonda tikintidən,iş yerlərinin açılmasından,məktəblərin-bağçaların-xəstəxanaların-kitabxanaların-çayxanaların fəaliyyətindən ta bayramlarda millətə bayram payı vermək məsələlərinə qədər hər şeyə bələdiyyə baxır,vali deyil.Pis baxacaqsa növbəti seçkidə o rrayonda,o vilayətdə onun mənsub olduğu partiyaya millət səs verməyəcək.Vali Türkiyədə icrakom kimidir,yəni onu prezident təyin edir hər vilayətə.Amma vali qətiyyən bələdiyyənin işinə qarışammaz.Yalnız bələdiyyənin idarəetməsi dövlətə qarşı,konstitusiyaya qarşı olarsa,o zaman vali ona qarşı çıxar.Bizdə bələdiyyə yaradılıb,amma Formula yarışı kimi bir şeyə dönüb.Belə ki millət bilmir ki Formula nəyə lazımdı,amma bir yandan da düşünür ki hər halda nəyəsə lazımdı,mən qanammıram.Bələdiyyələrimiz də eləcə.Nəyə lazımdırsa biləmmirik,amma bilirik ki nəyəsə lazımdı.
Keçəl Həsən və ya Həsən keçəl nə fərqi var. Ad dəyişməklə heçnə dəyişmir, amma hökümət deyəcək islahatar aparırıq. Boş şeydir idarəetmə metodu dəyişməlidir. Yerli özünü idarəetmə hakimiyyətləri həqiqi demokratik seçki yolu ilə seçilməlidir və müstəqil olmalıdır. Bir nəfərdən asılı olmamalıdır. Bax o zaman inkişafdan danışmaq olar.
Çarlıq və AzSSR dövründə istehsalda Vergi-köçürmə, ya əmlak vergisini məktəbli belə toplaya bilərdi!? Hazırda vergi rəsmi və *kölgədən* vergi toplayanların sayı bəlkə də natural məhsul istehsalçılarından çoxdur? Bu hədsiz *yerliçilik*in tikanlı nəticəsi deyilmi?
Son illər də daxil mütəxəssislər dəfələrlə qeyd ediblər ki, mövcud idarəetmə sistemi köhnəlib artıq. Hətta bu barədə cənab Prezidentin elektron poçtuna da yazmışam. Bunu cənab Prezident öz çıxışlarının birində, bir zad özü də dilə gətirmişdir. Ona görə də Ölkə başçısının sosial- iqtisadi və kadr islahatları yönümdə qarşıya qoyduğu hədəflərə ulaşmaq sadəcə zaman alır. Hələ son Prezident süçgilərindən də öncə dəfələrlə bildirmişdik ki, konstitusiyada köklü islahatlar aparıb, referenduma gedib mövcud idarəetmə sistemini dəyişmək lazımdır. Çünki, Dövlətin hakimiyyət qollarında, xüsusən də qanununvericilik və məhkəmə sisteminin konstitusion səlahiyyətlərində bir durğunluq höküm sürür. Bu gün millət böyük bir məmur ordusu ilə qarşı -qarşıya. O məmur ordusu ki, ölkədə bütün fəaliyyət sahələrininin buxovuna çevriliblər. Ona görə də nəhayyət də Yerli icraların ləğv edilib, 5-7 rayonun timsalında regonlar üzrə idarəetmə mərkəzlərinin yaradılmasını alqışlıyardıq. Siz təsəvvür edin ki, Yerli icralarla paralel hər rayonda 40-a yaxın hökümət strukturlarının yerli nümayəndəlikləri də ləğv olunacaq. Amma bütün hallarda bu Konistitusiyada dəyişiklər edilməklə baş verməlidir ki, xaotik vəziyyət yaranmasın. Bu gün Naxçıvandan gələn xəbərlərdə cənab Prezidentin təyin etmiş olduğu səlahiyyətli nümayəndənin fəaliyyəti bir çox sahələrdə qeyri müəyyənlik yaradıb. Çünki, Naxçıvanın konstitusiyası ilə onun muxtar qruluşu var və orada idarəetmə orqanlatrının fəaliyyəti həmin konstitusiya ilə tənzimlənir. Qarabağ iqtisadi zonalarında isə səlahiyyətli nümayəndə özünü doğruldur, lakin həmin iqtisadi zonaya aid İcra hakimiyyətləri isə əhəmiyyətsiz bir qruma çevrilir və buna baxmayaraq büdcədən böyük bir ordu maliyyələşdirilir. Ona görə də bütün bu qeri müəyyənliklərə son qoymaq və ölkəni böyük bir sıçrayışla ireli götürmək üçün, Konstitusiya islahatlarını tezləşdirmək lazımdır. İnanırıq ki, ölkə Başçısı Qarabağ və xarici siyasət qonusunda göstərmiş olduğu qətiyyət və əzmikarlığı bu sahədə də ortaya qoyacaqdır. Görünür ki, sadəcə zaman. O zaman ki, özünün də dediyi kimi, onun nə vaxt olacağını özü çox gözəl biilir.
BİRCƏ BU QAXIN İCRA BAŞÇISI MUSA ŞƏKİLİYEVDƏN CANIMIZ QURTARSAYDI CƏNAB PRİZİDENTİMİZİN ƏLLƏRİNDƏN ÖPƏRDİK
Vahid Əhmədov Məclisin sabiq deputatı yox, hal-hazırda səlahiyyətli deputatıdır. Yeni seçilənlərin ilk iclası olmayıb və seçilmələri hələ təsdiq olunmayıb. Vahid Əhmədov deputat maaşını yeni seçilənlərin ilk iclasınadək alacaq.