Yaşı və səhhəti ilə bağlı tənqidlərdən sonra ABŞ prezidentliyinə namizədliyini geri götürən Co Bayden məşhur aktrisa Cessika Albadan iş istəyib.
"AzPolitika" xəbər verir ki, Ağ Evdə keçirilən tədbirdə Meksika əsilli aktrisa Cessika Albanı da qonaq edən ABŞ prezidenti məşhur ona yaxınlaşaraq “Cessika, həqiqətən yaxşıyamsa, bəlkə mənə iş tapa bilərsən?” deyib.
Bu sözlər zaldakı iştirakçıların gülüşünə səbəb olub.
Qeyd edək ki, Bayden noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərində iştirak etməyəcək. Baydenin səlahiyət müddəti 2025-ci ilin yanvarında başa çatacaq.
"AzPolitika.info"


Şərhlər