Menu

Baş Qərargah rəisi hərbi attaşeyə informasiya ötürürümüş – Casusluq faktları açıqlandı

19.09.2024, 17:15
Baş Qərargah rəisi hərbi attaşeyə informasiya ötürürümüş – Casusluq faktları açıqlandı

Moldovanın keçmiş Baş Qərargah rəisi İqor Qorqan dövlətə xəyanətdə və Rusiyaya casusluqda ittiham olunur.

İqor Qorqan Moldovanın Baş Qərargahına 2021-ci ilin sonuna qədər, yəni prezident Maya Sandu onu vəzifəsindən azad edənə qədər rəhbərlik edib.

2024-cü ilin iyununda “The Insider” dərgisi Qorqanın GRU kuratoru polkovnik Aleksey Makarov ilə Telegram yazışmalarına giriş əldə etdiyini, Moldovalı generalın məxfi məlumatları sızdırdığı və ölkənin daxili siyasi vəziyyət haqqında məlumat ötürdüyünü yazıb.

Jurnalistlər Qorqanın Rusiya kəşfiyyat orqanları tərəfindən nə vaxt “verbovka” olunduğunu dəqiq öyrənə bilməyiblər. Ancaq etibarlı mənbələr onun Rusiyanın Kişinyovdakı hərbi attaşesi, hazırda Qazaxıstanda hərbi attaşe vəzifəsini tutan Vadim Uxnalevlə gizli əlaqədə olduğunu dəqiqləşdiriblər.

Uxnalev getdikdən sonra Qorqana digər hərbi attaşe İqor Dovbnya nəzarət edib, o, hazırda Qırğızıstandakı Rusiya hərbi attaşelərinin aparatına rəhbərlik edir.

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2024-09-19 17:46:50

Burda hakimiyət üzərində mübarizə gedir,kimin kimdən xoşu gəlmədi vəyaxud onu aradan götürməyin ən asan yolu rusyanın cəsusu damğası ilə aradan götürürlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol