Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Evlər söküləcək, ərazidə park salınacaq.
Artıq 199 nömrəli orta məktəbin yanından başlayaraq Baş Prokurorluğun binasının arxa hissəsinə kimi olan ərazidə yerləşən evlərin siyahıyaalınma prosesinə start verilib. Sakinlər Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən söhbət getdiyini desələr də, iddia edirlər ki, təkcə fərdi evlərə deyil, ərazidəki bütün köhnə tikililərə də baxış keçirlib.
Yasamal Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə şöbəsinin müdiri Cəmil Qarayev "Xəzər Xəbər”ə təsdiqlədi ki, həmin ərazidə söküntü olacaq. Əhaliyə məxsus fərdi yaşayış evlərlərlə yanaşı, köhnə tikililər sökülərək yerində park inşa olunacaq. Hazırda Nizami və Lev Tolstoy küçələrində yaşayış fondunun inventarizasiyası aparılır. Siyahıya alınma prosesi başa çatdıqdan sonra köhnə tikililərin memarlıq abidəsi olub - olması yoxlanılacaq. Fərdi yaşayış evlərinin dəqiq sayı da müəyyənləşəcək. Evlərin hissə-hissə söküntü mərhələsinə gələn ildən etibarən başlanılacaq. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq.
Kompensasiyanın dəqiq məbləğini isə Maliyyə Nazirliyi müəyyənləşdirəcək.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Şərhlər
Sökülən binaların yerində park salınması bəhanəsi ilə orada yaşayan əhalini şəhərin ucqar yerlərinə köşmyə məcbur edirlər.Amma sonra bunun əksi ğörünür.Yaxşı olardı ki,sökülən buina sahiblərinə yaxın ərazilərdə boş olan mənzilləri versinlər və ya yaxınlıqda tikiləcək binalarda malik olduqları mənzil sahəsinə uyğun mənzillə təmin olunacaqları barıdə dövlət təminatı verilsin.Əgər evini satmaq istəyən olarsa kompensasiya verilsin.Bu daha real,əhali tərəfindən aəbul olunan hal ola bilər.
Milyonlarla manatın söküntü-tikintidəki qədər heç bir yerdə rahat spisat olunması hələ icad edilməyib deyə bizdə olan söküntü-tikinti heç vaxt bitməyəcək.Daima söküb-tikəcəyik.Perpety mobildi yəni sökmək və tikmək.Bütün köhnə və möhkəm binaları da söküb yerində təzə binalar tikdikdən sonra da o təzə binaları söküb tikməklə məşğul olacağıq ki,filan binalar şəhərin görkəmini pozur.Təzə körpüləri,təzə dəmir yollarını,təzə elektrik stansiyalarını,təzə aeroportları,təzə vağzalları da söküb tikəcəyik.Bitmək bilməz bu işlər yəni.Təki deyək işlər gedir,hələ bir az da aclığa dözün.
Sorushuram , ne vaxt qurtaracaq bu sókmey , tikmey ? neee vaaaaxt ?bes deyilmi ? bu qeder ev olaaar,? yaridan coxu boshduyeee evlerin ) evi sókúb park salmaq ne qeder doqrudu ? kim bilr yazsin
Qarabağ işğaldan azad olunandan sonra haray saldıqk, gəlin Bakıda və bölgələrdə müvəqqəti də olsa (dövlət əhəmiyyətli procelər istisna) tikinti bumunu saxlayaq və bütün qüvvələri yönəldək Qarabağın dirçəlişinə. Amma sən saydığını say. Bəyəm Bakıda köhnə binalırın sökülməsi qaçır. Zatən Bakı partlayır. Hərəkət etmək mümkün deyil, Hava çatmır. İnsan da bu qədər özü-özünə qəs edərmi, beş günlük həyatı özünə cəhənnəm edərmi.
Sökə-sökə Bakının qədim və gözəl ruhu tamam itib batacaq deyəsən,heç olmasa qalanları qoruyaq.