Menu

Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış olub - Dörd nəfər həlak olub

27.09.2024, 19:24
Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış olub - Dörd nəfər həlak olub

Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, şəhər meriyası partlayış nəticəsində ölən və yaralıların olduğunu açıqlayıb.

Respublikanın səhiyyə nazirliyi yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 4 nəfərin həlak olduğu haqqında məlumat yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol