Abşeron Sukanal İdarəsinin bir qrup əməkdaşı işdən çıxarıldıqlarını iddia edirlər.
Xezerxeber.az xəbər verir ki, məhz buna görə, onlar idarə qarşısına toplaşaraq narazılıqlarını ifadə ediblər.
İşdən çıxarıldıqlarını iddia edən şəxslərin sözlərinə görə, Abşeronda "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxs yaradıldıqdan sonra işçilərin kütləvi ixtisarı həyata keçirilib.
İşçilərə öz ixtisaslarına uyğun başqa bir ünvanda iş axtarmaları tövsiyə edilib. Abşeron su meliorasiya sistemləri idarəsində isə onlara iş yerinin olmadığı bildirilib.
İddialarla bağlı Dövlət Su Ehtiyatları Agentliyindən rəsmi mövqe bildirilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Şərhlər
Şəki Su Kanal İdarəsində köklü surətdə yoxlamalar apasılmalıdır, çünki özbaşnalıqlar hökm sürür ...!
Şəki Su Kanal İdarəsini Bayram Məmmədov tərəfindən özəlləşdirilib: Bütün qohum qardaşlarını Su Kanal İdarəsində işlə təmin edib, hamısıda qeyri-peşəkar kadrdır. Qızı Musiqi Kollegini bitirməsinə baxmayaraq Su Kanal İdarəsində Baş İqtisadçı vəzifəsinə, Bütün günü əli Çaöırışçıların cibində olan, qeyri-peşəkar kadr, korrupsioner Rövşən Ədilovu Hüquqşünas vəzifəsinə, hüquqdan xəbəri olmayan bir adamı. Bir sözlə özbaşnalıqlar hökm sürməkdə davam edir...