Şimali Koreya ölkəni Cənubi Koreya ilə birləşdirən yolların bir hissəsini partladıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahı bununla bağlı məlumat yayıb. Məlumata görə, oktyabrın 15-də Şimali Koreya hərbçiləri iki yolu - KXDR-dəki Kaesong və Cənubi Koreyanın Paju şəhərlərini birləşdirən xətti, eləcə də Donqhae dənizinin şərq sahili boyunca uzanan yolu bağlamaq məqsədi daşıyan partlayışlar həyata keçirib.
Qərargahdan verilən açıqlamaya görə, Cənubi Koreya hərbçiləri partlayışa cavab olaraq, iki Koreyanı ayıran demarkasiya xəttinin cənubuna atəş açıblar.
Şimali Koreya oktyabrın əvvəlində xəbərdarlıq etmişdi ki, Şimali Koreya ərazisini Cənubi Koreyadan “tamamilə ayırmaq” niyyətindədir.
— Newsfeed (@Newsfeed883920) October 15, 2024
“AzPolitika.info”


Şərhlər