Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun iştirakı ilə Kollegiya iclası keçirilib.
“AzPolitika” xəbər verir ki, iclasda digər məsələlərlə yanaşı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələri də müzakirə olunub.
Müzakirələrin nəticəsinə əsasən, 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.
Palatanın araşdırdığı 2020-2021-ci illərdə AMEA-nın İşlər İdarəsinə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədov rəhbərlik edib.
O vaxtadək Texniki Universitetdə prorektor vəzifəsində çalışan Elton Məmmədovu Ramiz Mehdiyev 27 noyabr 2019-cu ildə AMEA Yüksək Texnologiyalar Parkına direktor təyin etmişdi. O, daha sonra Mehdiyevin 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə AMEA İşlər İdarəsinin müdiri təyin olunub. 1 il sonra - 2021-ci ilin aprelində Elton Məmmədov vəzifəsindən azad eilsə də, haqqındakı qərardan məhkəməyə şikayət edərək, 2022-ci ilin martında yenidən vəzifəsinə bərpa olunub.
Eks-deputat bu vəzifədə 2023-cü il noyabrın 28-nə qədər çalışıb. Daha sonra AMEA prezidenti İsa Həbibbəylinin əmri ilə Akademiyada yeni yaradılmış Sosial Xidmətlər Şöbəsinə müdir təyin edilib.
Elton Məmmədov bu il sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri kampaniyasında qalmaqalla gündəmə gəlmişdi. Belə ki, 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd olan keçmiş millət vəkilinin namizədliyi MSK tərəfindən ləğv edilmişdi. Seçki qurumunun məlumatında qeyd olunurdu ki, bir qrup seçici tərəfindən daxil olan şikayət araşdırılıb və E.Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar aşkarlanıb. Şikayət əsaslı sayılaraq keçmiş nazirin qardaşı seçkilərə buraxılmayıb. Elton Məmmədov isə MSK-nın bu qərarına kəskin etiraz edərək qurumun rəhbərliyini saxtakarlıqda ittiham etmişdi.
Hesablama Palatasının 3 il əvvəlki dövrə qayıdaraq Elton Məmmədovun dövrünü araşdırması və aşkar olunan maliyyə pozuntuları ilə bağlı Baş Prokurorluğa müraciət etməsi təsadüfdürmü?...
Ehtimal etmək olar ki, keçmiş deputat yaxın vaxtlarda prokurorluğun müraciətə əlaqədar başlayacağı istintaq araşdırmalarına cəlb oluna bilər.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Boş söhbətti. Onlar toxunulmazdir.
Bunlar əmin idi ki, heç vaxt yoxlanılmayacaqlar. Odur ki, istədikləri kimi qanunsuzluqlar, alçaqlıqlar ediblər. Bu gün onların çoxunu sübut etmək olduqca çətin olsa da münkündür. Yoxlayın bu alçaqları. Bunlar üçün vətən, dövlət, xalq, vicdan, şərəf deyilən heç nə yoxdur amma elə bağırsaqlar ki, doğrunun bağrı yarılacaq.
Ardı: o zaman Ucar DSMF şöbəsinin müdiri Qasım Qasımov idi. Qasım indi Eltonun sayəsində Ağdaş regional mədəniyyət idarəsinin müdir müavinidir və iyrənc əməllərindən əl çəkməyib....
Ele bele demeyibler, kimin evveli kimin axiri. Krallara kralicalara qalmayan dunya.
Ardı: o zaman Ucar DSMF şöbəsinin müdiri Qasım Qasımov idi. Qasım indi Eltonun sayəsində Ağdaş regional mədəniyyət idarəsinin müdir müavinidir və iyrənc əməllərindən əl çəkməyib....
Səlim Müslümova bu Eltonun çox ciddi korrupsiya əməlləri var. Xüsusən də DSMF Ucar şöbəsinə yüz milyonlarla qanunsuz və artıq pul köçürüküb mənimsəniməsi Eltonla Səlimin əməlləridir. Əlbətdə yoxlayan olsa..
Rusiyada adam oğurluğu, sutinyorluq, atanşiklik üzrə geniş fundamental praktika qazandıqdan sonra bizim Milli Elmlər Akademiyasına həqiqi üzv seçilmək an məsələsidir. Buyurun fakt göz önündə... Elton Məmmədov...
Şükür ki, 20 ildən sonra hakimiyyət Eltonun kim olduğuna diqqət etdi. Ziya Məmmədovdan sonra səhnəyə qırğı kimi soxulan məmmədovları hamı daha çox ə leksikonumizdakı ən "qurcuvalı" sözlərlə xatırlayıblar. Elton və İldırım qardaşları isə analoqu olmayan son dərəcə həyasız .... İndi ədalətli cəzanın zamanıdır...