Xəbər verdiyimiz kimi, Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Bu bədbəxt hadisədən sonra tunelin tikintisi zamanı nöqsanlara yol verilib-verilməməsi müzakirələrə səbəb olub.
"AzPolitika"-nın “Qafqazinfo”-ya istinadən verdiyi məlumana görə, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan “Körpü Bina Tikinti” MMC tərəfindən inşa olunub. Tunelin açılışı isə 2020-ci ilin martin 13-nə təsadüf edib. Açılış mərasimində qırmızı lenti isə “Azərbaycan Dəmir Yolları”nın ozamankı sədri Cavid Qurbanovun müavini Zaman Novruzov kəsib.

Qısa arayış olaraq bildirək ki, tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu isə 68 metrə bərabərdir.
4 il əvvəl açılış mərasimində verilən məlumata görə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Amma görünən və real mənzərə onu deməyə əsas verir ki, ötən gecəki hadisə zamanı nə üç nasos, nə 100 kilovatlıq transformator, nə də generator işə yarayıb.
2019-cu il, tunelin qazıntı işlərinə başlanılır
.jpg)
Ümumiyyətlə, ötən müddət ərzində onların yararlılığı yoxlanılıbmı, o da tunel kimi sual altındadır.
O ki, qaldı “Körpü Bina Tikinti”yə, bu MMC-nin rəhbəri Xəlil Göyüşovdur. Sözügedən şirkət 2001-ci ildə təsis edilib və istər Bakıda, istərsə də bölgələrdə bir sıra milyonluq layihələrin icraçısı olub.
Fotoda Xəlil Göyüşov

Bu layihələrə keçmiş Şəfa stadionunun qarşısındakı yeraltı keçidi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev adına hava limanı avtomobil yoluna keçidi, Suqovuşan su anbarının təmir və bərpasını, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunu, Sabunçu-Pirşağı-Sumqayıt dəmiryolu stansiyasının yenidən qurulmasını və s. misal çəkmək olar.

Maraqlıdır ki, Sabunçu rayonu ərazisində bu şirkətin daha öncə tikdiyi başqa bir tuneli də su basmış, o zaman da bir neçə avtomobil suyun altında qalaraq yararsız vəziyyətə düşmüşdü.
.jpg)
2019-cu ilin sentyabrında baş verən həmin hadisə zamanı nə dünənki kimi aramsız yağışlar yağmışdı, nə də başqa bir fəlakət baş vermişdi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da dediyi kimi, ola bilər tikinti zamanı nöqsanlara yol verilib. Təbii ki, bunun da araşdırılması aidiyyəti qurumların üzərindədir.
.jpg)

Şərhlər
Tuneli kim tikib sualı yarlmçıq deyil? Məsələ latihəçi,icraçı və işi qəbul edən qurumun məsuliyytinin araşdırılması ilə aydın ola bilər.Yaçnız bunan sonra konkret cavabfeh ortaya çıxar.
Kim tikəcək? Talançı bandanın üzvlərindən biri
Vəzifələrdə gecə-gündüz şappaşap yemək üçün,yeyib içib enlənmək üçün,küp doldurub boyun yoğunlatmaq üçün oturanların gördüyü iş bundan artıq olmaz.
Elə danışırlar ki , güya araşdırma aparırlar və ya bilmirlər ki niyə belə olub xalqı lap avvam yerinə qoyublar yazıq prarafı tutub atın onun üstünə o tunelə ayrılan boru xəttlərini yeyib əvəzinə kiçik həci ki boru xətlərini quraşdırma əmrini verən məmuru tapmaq çox çətindir
Son illər aparılmış tikililərin tikinti qanunlarına uyğun olmamamalrı haqqında fikir səslənilir.... Körpünün tikintisi yerindəcə yoxlanılmalı, araşdırılmalı, nöqsanlar üzə çıxmalı və günahkarlar cəzalandırılmalıdır. Görülmüş tədbirlərdən başqalarıda özləri üçün ibrət dərsi götürməlidirlər! Cinayət cəzasız qalmamalıdır!
“Sehrli xalat” filmini yəqin ki, xatırlayırsınız. Orada Rəşidlə xan gələcəyə getməyə hazırlaşırlar. Arxadan isə xanın vəziri, qulbeçələri gözlərini marıtdayıb onlara nəzarət edirlər. Rəşid xana deyir ki, görmürsən, tülkü kimi necə baxırlar? Azpolitikadakı şəklə baxanda o film yadıma düşdü. Elə bil ki, hamısı rəndələnib eyni aparatdan çıxıblar. Hamısının sufatından qan damır. Belə adamlarda heç vaxt Insaf, mürvət olmaz. Respublikanı çalıb-talayan bu yaramazlardır. İnsan avtoqəzada, müharibə şəraitində ölər. Görün iş nə yerə çatıb ki, haranısa su basır və orada insan həyatını itirir. Hesab edirəm ki, Baş Prokuror bu işi şəxsi nəzarətə götürüb bu məsələyə aydınlıq gətirəcək və təqsiri olanların məsuliyyət məsələsini həll edəcək. Qaldı Xəlil Göyüşovun məsələsinə. Bu “oliqarxın” bütün fəaliyyəti yoxlanılmalıdır. Vaxtı ilə Göyçədən qaçanda tifil görkəmində Bakıda peyda oldular. Hazırda Xəlil Göyüşovun heç özünün də əmlaklarının sayı barədə o qədər məlumatı yoxdur. Təkcə Sumqayıt şəhərində 18-ci mikrorayonun ərazisində “Şərq-Qərb şadlıq sarayını missal çəkmək olar. Ölkədə elə hərci-mərcilikdir ki, kimsə kimsənin kitabını oxumur. Ölkə ətalətlə “inkişaf” edir. Cinayətkarın yeri Kürdəxanıdır. Əks halda bizi ağlımıza gəlməyən nəticələr gözləyir. Fikrimcə, növbəti referendum nə zaman keçirilərsə, Prokurorluğun qanunlara nəzarət funksiyasını özünə qaytarmaq lazımdır, əks halda Xəlil Göyüşov, Hacıbala Talıbov, Akif Çovdarov, Eldar Mahmudov, Ramiz Mehdiyev, Ziya Məmmədov, Nəcməddin Sadıqov kimilərinin (siyahını artırmaq da olar) sayı pərpətöyün toxumu kimi artaraq xalqın axırına çıxacaqlar.
Hamıdan Üzrlə! Biz-üç ölkədə çoxumuz SSRİndan ciddi işləmək əvəzinə yüksək *Postlu* adından *dolanmağa* üstünlük vermişik? İş dolaşanda da, arayıb, qusuru düzləndirmək əvəzinə, elə ən yüksək *Postlu* adını verib, aradan çıxmağa çalışmışıq? Hazırda ölkəmizdə elə imkan var ki, bircə aya hər rayon daha böyük-mükəmməl keçid, tunel, körpü qurar! Sadəcə, özümüzü uca Kəlbəcərdən dünyaya göstəririk.