Menu

Saakaşvili prezidentdən əfv olunmasını istədi – “Zurabişvili ilə tam həmrəyliyimi bildirirəm”

01.11.2024, 13:14
Saakaşvili prezidentdən əfv olunmasını istədi – “Zurabişvili ilə tam həmrəyliyimi bildirirəm”

“Prezident Salome Zurabişvili ilə tam həmrəyliyimi bildirirəm. Onun təxribata getməməsi və Rusiya prokurorluğunun tələbi ilə razılaşmamasını bəyəndim”.

“AzPolitika” xəbər verir ki, bunu Gürcüstanın hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili “Facebook” hesabında yazıb.

Saakaşvili deyib ki, Moskvanın göstərişləri nəticəsində üç ildən artıqdır ki, qondarma ittihamlarla həbsxanada oturub: “Bu qanunsuz həbsə görə tarixi məsuliyyət daşıyan nominal rəhbərin olmasını istəmirəm. Qoy bu ədalətsizliyi həqiqətən aradan qaldıra bilən prezident Zurabişvili olsun”.

Gürcüstanın sabiq dövlət başçısı bunu ifadə etməklə Gürcüstan Prezidenti Salome Zurabişvilini onu əfv etməyə çağırıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol