Menu

Tramp seçki öncəsi bütün “tərəddüd edən” ştatlarda Kamala Harrisi qabaqlayır

03.11.2024, 11:10
Tramp seçki öncəsi bütün “tərəddüd edən” ştatlarda Kamala Harrisi qabaqlayır

ABŞ prezidentliyinə namizəd Donald Tramp bütün “tərəddüd edən” ştatlarda rəqibi Kamala Harrisi qabaqlayır.

“Report” xəbər verir ki, bu barədə “AtlasIntel”in sorğu məlumatlarında göstərilib.

Qeyd olunub ki, Tramp hər ştatda Harrisi ən azı 1 faiz qabaqlayır.

Respublikaçı namizədin ən böyük üstünlüyü Arizona və Nevadadadır.

Eyni zamanda, Amerikanın Viskonsin, Miçiqan və Pensilvaniya ştatlarında Tramp öz rəqibini müvafiq olaraq 1,3%, 1,5% və 1,7% qabaqlayır.

Bundan əlavə, Harris öz rəqibindən Corciyada 1,8%, Şimali Karolinada isə 3,6% geridə qalıb.

Şərhlər

Turan 2024-11-03 22:14:22

Tramp bütövlüklə ermənipərəst mövqeyini üzə çıxartdı. Onun erməni kilsəsinin başçısınə zəng edib ermənilərə təmamilə dəstək verdiyi bildirilir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol