Menu

Azərbaycan Ermənistanın təkliflər paketinə cavablandırıb

05.11.2024, 20:28
Azərbaycan Ermənistanın təkliflər paketinə cavablandırıb

Azərbaycan Ermənistanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərini cavablandırıb.

"AzPolitika" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Bu gün biz Azərbaycan tərəfdən sülh müqaviləsi layihəsi (11-ci təkliflər paketi) ilə bağlı cavab təkliflərini aldıq”, - deyə Badalyan bildirib.

Xatırladaq ki, bu gün Ermənistan sülh sazişinin tam razılaşdırılması üçün növbəti təkliflər paketini Azərbaycana göndərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol