Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.
"AzPolitika" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.
O, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edir. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, İrana səfər edən nümayəndə heyətinə Fərid Əliyev rəhbərlik edib. Məlumatda bildirilir ki, general-mayor Fərid Əliyev İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Məhəmmədrza Aştiani ilə görüşüb. Görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, Fərid Əliyeva “general-mayor” ali hərbi rütbəsi ötən il verilib. 1987-ci il təvəllüdü Fərid Əliyev 2023-cü ilin yanvar ayınadək Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Xatırladaq ki, bir müddət öncə Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov vəzifəsindən azad edilib.
Qeyd edək ki, Fərid Əliyev Sabunçu Rayon İcra Hakimiyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur. Əlibaba Əliyev hazırda Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışır.


Şərhlər
Bu Hikmet Mirzeyeve ve 44 gunluk muharibede istirak eden zabitlerimize qarsi ədalətsizlik deyil?
Doğrudan bu müharibədə olub ki buna general rütbə veriblər
Bütün hallarda Cənab Prezidentin vermiş olduğu qərarlara sayqı duyuruq. Amma bu gün Ölkədə aparılan kadr islahatları adı ilə, güya kadrlar “ gəncləşdirilsin” deyə Ölkə Başçısının masasına buraxılan qovluqlara da vicdanı olan və millətini və dövlətini fikirləşənlərin qayıtsız qalması, yəni fikir bildirməməsi mümkün deyil. Belə ki, həm idarəetmədə və həm də Əmək fəliyyətində təyin olunduğu sahə üzrə,, bəlli bir stajı olmayan gənclərin məsuliyyətli dovlət strukturlarındakı makamlara ğörəvə gətirilməsi, Ölkə Başçısının qarşıya qoymuş olduğu hədəflərə ulaşmaqda sadəcə zaman tükədir. Bir tərəfdən də mütləq gərək Həsənağanın qohumu olmalıdır (təssüf ki, bi xəstəlikdən də bir türlü qurtula bilmirik). Bu yanaşma ilə seçilən bu şəxsin rəhbərlik etdiyi sahədə, ordunun ümumi təhcizatında tələb olunan materilllardan və detallardan xəbəri varmı. Yəni o sahənin aşağı pillələrində işləyibmi, tanışdırmı. Qarşısına gələn sənədlərdə imza edəndə imzanı nəyə atacağını bilə biləcəkmi. Hansı ki, 2023-cü ilə kimi tamam başqa sahədə işləyib) Bu şəxs 37 yaşda hərbin bütün pillələrini keçmədən surətlə aldığı general rütbəsini hansı fəaliyyətinə görə alıb əcaba. Ona görə də, kadr seçimində məsul olan dövlət görəvlilərinə müraciət edirik, Lütfən aidiyyatı və təcrübəsi olmayan kadrların qovluğunu dövlət Başçısının masasına buraxmayın. Görmürsünüzmü bu metod əksər strukturlarda, xüsusən də sosial -iqtisadi sahədə işləri dalan dirəndirib. Heçmi dünya təcrübəsinə baxılmaz. Amerika kimi dövlətdə, xüsusən də qardaş Türkiyədə yüksək postlara gətirilənlərin içərisində 25 yaşlı şəxs görə bilirsinizmi. Nə yazıq ki, Dövlət İmtahan Mərkəzi xətti ilə də Dövlət strukturlarına aşağı pilləli kadır seçimi də bərbad gündə. Niyə bu da ayrı bir söhbətin mövzusu. Bu yaxınlarda TƏBİB vakansiya elan etmişdi (o TƏBİB ki, bu gün onun yarıtmaz fəaliyyəti göz qabağında) . Maraq üçün, O tədbirdə iştirak etdim. Bütün ölkə üzrə rayon TƏBİB idarələrində direktor müavini vakansiyası üçün, yerlərdən maraqlı kadrlar iştirak edirdi. 20-25 yaş arası TƏBİB-in işçiləri hər kəsə 5-6 vərəq həcmində test sualları paylaıb işləmələrini tələb etdilər. Suallara baxıldıqda, təklif edilən vakansiyayay o sualların heç bir aidiyyatı yox idi. Demək kimsə, məsələ 23 yaşında gənc onlara cavab versə o müavin olacaq. O da götürülsə əgər. Sual olunur, bu cür seçim metodu hansı qanuna istinad edilərək aparılır. Əmək Məcəlləsində varmı elə bir qanun ki, təşkilatlar kadr seçimində 3 diplomu olan (mühasiblik, İqtisadiyyat və hüquqşunas) dövlət strukturlarında və özəl sektorda idarəetmədə və ixtisası üzrə kifayyət qədər təcrübəsi olan şəxslər təzədən test edilib işə götürülməlidir. Xeyir yoxdur. Onda sual olunur, o diplomlar nəyə lzamıdır. Sadəcə olaraq qanunda kadrın məlum kriteriyalarına görə seçib (təbii, yüksək postlara tayinatla olanlar istisna) , onunla müddətli müqavilə bağlayıb, sınaq müddəti verilə bilər. Onda nədir bu özbaşınalıqlar. Biz kadr seçimində bu yanaşma ilə hara gedirik və hara kimi gedə bilərik. Sonda bir daha qeyd etmək istərdim ki, əslində bütün bu yanaşmalar, cənab Prezidentin Ölkənin bunca taleyüklü məsələlərində gördüyü işlərə və göstərmiş olduğu qətiyyətə kölgə düşürməkdən başqa bir şey deyildir. Ola ki, də dünyanın çalxalandığı bir dönəmdə, olaki də yaxından uzaqdan bu qədər düşmən basqılarına məruz qaldığımız bir vaxtda.
Bal tutan barmaq yalayar.
Əlbətdəki ABŞ-ında.
Toplananlarin yerine deyisende cem deyismir!
Bu ölkədə düzələn deyil.
"tanınmış şəxsin oğludur". bunu yazmağa ehtiyac yoxdur. ....
Cebhede xidmet etmeyib, muharibede doyushmeyib. Amma generaldı.
dəhşət...
Atasını yox,qaynatasını yazsanız daha məqsədə uyğun olar.
Derd
Görəsən, başqa millətlərdə də belə şey varmı?
Ay gidi dünya.bu general mayor görəsən 44 günlük döyüşlərdə harda idi???????
Dehşetdir...dehşet....
Yēqin general rùtbesinide şeffav gömruk işinin teşkiline göre alib....