Menu

UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb

22.11.2024, 15:58
UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb

UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə, püşk nəticəsində 1/4 final cütləri müəyyənləşib.

Bu raundda Niderland İspaniyaya, Danimarka Portuqaliyaya, Xorvatiya Fransaya, İtaliya isə Almaniyaya rəqib olub.

İtaliya/Almaniya cütünün qalibi yarımfinalda Niderland/İspaniya duelinin güclüsü ilə görüşəcək.

Danimarka - Portuqaliya matçında qalib gələn tərəf isə Niderland - İspaniya görüşündə qələbə qazanan yığma ilə görüşəcək.

Qeyd edək ki, qarşılaşmalar 2025-ci ilin martında keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol