Menu

Ali Məhkəmənin hakimi təqaüdə göndərildi

06.12.2024, 15:20
Ali Məhkəmənin hakimi təqaüdə göndərildi

2024-cü il dekabrın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının hakimi İlqar Hüseynovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov İlqar Hüseynov uzun illər məhkəmə sistemində çalışdığını, 2013-cü ildən isə Ali Məhkəmədə hakim kimi səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Onun bundan sonrakı fəaliyyətində də öz zəngin təcrübəsi ilə Ali Məhkəmənin və bütövlükdə hüquq ictimaiyyətinin inkişafına dəstək göstərəcəyinə ümidvar olduğunu vurğulayıb.

İlqar Hüseynov da öz növbəsində Ali Məhkəmədə işlədiyi dövrlə bağlı xoş təəssüratlarını bölüşərək, ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.

Sonda İlqar Hüseynova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub. (Qaynarinfo)

Şərhlər

Mətləb Mustafayev 2024-12-06 22:41:21

İlqar Hüseynov ƏMDK-ya qarşı verdiyim kassasiya şikayətinə baxış zamanı1 ayda keçirilən 3 iclas ərzində qarşı tərəfdən heç bir sənəd ala bilməsə də ədalətsiz qərar verdi.İndi də təmtəraqla təqaüdə göndərilir.Ədalətsizliyinə görə ALLAH cəzasını verəcək.Ədalətsiz olduğunu İstənilən vaxt sübut edə bilərəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol