Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant Ramil İbrahimov həbs olunub.
Bu barədə Azərbaycan hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Onun sözlərinə görə, Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant İbrahimov Ramil Şamil oğluna Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci maddələri ilə ittiham elan edilib, Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək", - F.Əliyev bildirib.
***
Azərbaycanda N saylı hərbi hissənin sabiq qərargah rəisi saxlanılıb.
"AzPolitika"nın “qafqazinfo”ya istinadən verdiyi məlumata görə, polkovnik-leytenant Ramil İbrahimov rüşvət almaqda ittiham edilir.
Hazırda Respublika Hərbi Prokurorluğunda ilkin istintaq işləri aparılır.
Qeyd edək ki, eks-qərargah rəisi bir müddət əvvəl təqaüdə çıxıb.

Şərhlər
Azərbaycanda rüşvət alma bütün vəzifələrdə olanlara xas əməl olmaqla və alınan rüşvətin aşağıdan yuxarıya doğru faizlərlə bölündüyünü bilməyən varmı? Rüşvət alanın tüşvət verənlə etni cinayət törətiyi qanunla CM-də olmağına baxmaiaraq rüşvət verənin cinayətə cəlb edylməməsi bu məsələnin yuxarıdan himayə və göstərişlə baş verdiyinə şübhə yaranmır.MN -də də rüşvət bu qayda ilə bölündüyü şübhə yaratmır.yığılan rüşvət nazir və yuxarılara faizlə çatdırılır.Bu sahədə ciddi nəzarət mövcuddur.Qayda pozanlar mühakymə olunur.