Menu

35,7 MİLYON MANAT AZƏRBAYCANA QAYTARILDI - Baş Prokurorluğun məlumatı

09.12.2024, 20:26
35,7 MİLYON MANAT AZƏRBAYCANA QAYTARILDI  - Baş Prokurorluğun məlumatı

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 35,7 milyon manatdan artıq vəsait Azərbaycana qaytarılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olan məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Hazırkı vaxtadək həyata keçirilən istintaq tədbirləri nəticəsində Sumqayıt və Gəncə şəhər, Abşeron, Quba, Xaçmaz, Sabirabad, İsmayıllı, Göyçay, Şəmkir, Qazax, Tərtər rayon prokurorluqları, habelə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda istintaqı aparılan cinayət işləri üzrə xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə olunan 21 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 35,7 milyon manatdan artıq) məbləğdə pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

Şərhlər

kasıb 2024-12-12 11:10:26

güya ki oqaytarılan milyonları milyardları kasıblar hiss etmirlər. Hara qaytarılır kimə verilir Allah bilir

Vətəndaş 2024-12-12 01:47:23

Bəs bu qaytarılan pulların conrakı talei necə oldu?Büdcəyə daxil oldu.Hara xərcləndi? Əhalinin güzəranına?Bunu da bildirin.xalq bilsin.

Kohne 2024-12-09 21:12:24

O SAHIBKARLARDAN SABAH BIRIDE BURADA QALMAYACAQ.....GØRERSIZ......

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol