Rusiya Hakimlər Komitəsinin sədr müavini Andrey Butenko “Qarabağ” – “İnter” oyununda Azərbaycan klubunun vurduğu qolun hesaba alınmamasına münasibət bildirib. Musavat.com xəbər verir ki, mütəxəssis Eurofootball.ru-ya bildirib ki, oyunun son dəqiqələrində baş verən hadisədə hakim və köməkçisinin səhvi var.
“Asistent topun kimi ayağına dəydiyini görmədən bayrağını qaldırdı. Görünür, o, hesab edib ki, “Qarabağ”ın futbolçusu off-sayd xəttinin arxasında dayanıb, top isə onun ayağına toxunduqdan sonra qapıdan keçib. Amma “oyundankənar” vəziyyətin qeydə alınması səhfdir. Bu vəziyyətdən baş hakim baş çıxarmalıydı. “Qarabağ”ın verəcəyi şikayət qolun sayılmasına təsir edə blməz. Mümkündür ki, baş həkim və köməkçiləri işdən uzaqlaşdırılsınlar”.
Andrey Butenko düşünür ki, çexiyalı hakimlərin səhvində siyasi səbəb axtarmağa ehtiyac yoxdur: “Mən taleyi oğurlanan adamların vəziyyətini yaxşı başa düşürəm. Çünki, bu anda tale həll olunurdu. Amma bunlar yalnız köməkçi və baş həkimin səhvidir. Burada siyasət görmürəm”.


Şərhlər