Menu

On bir ayda qeydə alınan nikah və boşanmaların sayı məlum olub

17.12.2024, 14:41
On bir ayda qeydə alınan nikah və boşanmaların sayı məlum olub

Azərbaycanda bu ilin on ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42 min 73 nikah və 17 min 907 boşanma halları qeydə alınıb.

Bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb.

Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Şərhlər

Vətəndaş 2024-12-17 18:19:59

Belə statistikanın analizə böyük ehtiyacı var.Deməli evlənmələr sayı azalırsaboşanma sayı eyni qalırsa bunun nə demək olduğunu açıqlamaq və səbəblərini sadakamağa ehtiyac var.Bu ölkədə bu sahədə vəziyyətin getdukcə pisləşməsinə dəlalət etiyini təsdiqləyir.Niyə hakimiyyət bu sahəyə diqqət yetirmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol