Menu

Nyu Orlean və Las-Veqasdakı terror aktları arasında heç bir əlaqə yoxdur - FTB

02.01.2025, 21:50
Nyu Orlean və Las-Veqasdakı terror aktları arasında heç bir əlaqə yoxdur - FTB

ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) Luiziana ştatının Nyu Orlean və Nevada ştatının Las-Veqas şəhərlərində törədilən terror aktları arasında heç bir əlaqə görmür.

"Report"un məlumatına görə, bu barədə FTB direktorunun köməkçisinin müavini Kristofer Raya mətbuat konfransında bildirib.

"Hazırda Nyu Orleandakı terror aktı ilə Las-Veqasdakı terror aktı arasında konkret əlaqə yoxdur", - o vurğulayıb.

Daha əvvəl bildirilib ki, Nyu Orlean şəhərində terror aktının təşkilatçısı və icraçısı 2024-cü ilin yayında İŞİD terror təşkilatına qoşulub və hücum zamanı təkbaşına hərəkət edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol