Menu

Rusiya İstintaq Komitəsi AZAL-ın vurulan təyyarə i ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edib

15.01.2025, 22:04
Rusiya İstintaq Komitəsi AZAL-ın vurulan təyyarə i ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edib

Rusiya İstintaq Komitəsi “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin dekabrın 25-də Rusiya ərazində vurulub və bundan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı kompleks məhkəmə-tibbi ekspertizası təyin edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

"Dispetçer xidmətləri, hava hərəkətinin təşkili sistemi, hava hücumundan müdafiə vəzifəli şəxslərinin hərəkətlərini qiymətləndirmək üçün kompleks komissiya təşkilati və texniki məhkəmə ekspertizası təyin edilib", - o deyib.

O qeyd edib ki, istintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyalar üzərində işləyir.

"Qroznı, Mahaçqala və “Mineralnıye Vodı”nın dispetçerləri ilə təyyarə komandiri arasında danışıqlar təhlil edilir. Kompleks aviasiya texniki ekspertizası təyin olunub", - Petrenko qeyd edib.

Onun sözlərinə görə, hava gəmisinin bütün sistemlərinin vəziyyəti, eləcə də maddi sübutlar öyrənilir.

"İstintaq Azərbaycan və Qazaxıstan Respublikasının səlahiyyətli orqanları ilə əməkdaşlıq əlaqələri qurub. Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə birlikdə Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzindən hava gəmisinin qeydiyyat aparatlarından alınan məlumatlar tədqiq olunur”, - İstintaq Komitəsinin nümayəndəsi bildirib.

Şərhlər

Mühəndis 2025-01-19 21:42:48

Azərbaycana məsus təyyarənin qara qutusu hansı əsasla Qazaxıtab tərəfindən çıxarılır və braziliyaya göndərilir və cavab da Qazaxıstana göndərilib?Məgər Azərbaycan özünə məxsus olan təyyarənin qara qutusunu çıxarıb göndərə bilməzdi və niyə nəticə Azərbaycana yox. Qazaxıstana çaatdırılıb.Bu əməliyyatın səbəbi nə olub?Axı qəzanın baş verdiyi məkan yox,təyyarənin mənsub olduğu və nəticəyə maraqlı olan tərəfin bu məsələsə iştirakı bir mənalıdır.Burada nəticələrin qazaxıstana göndərilməsində və qutuların Qazaxıstan tərəfindən Braziliyaya göndərilməsində məqsəd qaranlıq deyil?Azərbaycan niyə bu hala yol verib?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol