Menu

Kobaxidze İlham Əliyevi Gürcüstana dəvət edib

17.01.2025, 14:46
Kobaxidze İlham Əliyevi Gürcüstana dəvət edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstana səfərə dəvət edib.

Kobaxidze bunu Azərbaycan Prezidenti ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

"Biz Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstana səfərə gözləyirik və ümid edirik ki, səfər bu il baş tutacaq", - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol