Menu

Xankəndi və Xocalıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

20.01.2025, 12:29
Xankəndi və Xocalıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Azərbaycanın işğaldan azad olunmuş Xankəndi şəhəri və Xocalı rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb.

Eyni zamanda Xankəndi şəhəri və Xocalı rayonu ərazisində hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni anıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol