Menu

Xaçmazda gənc dostu tərəfindən bıçaqlanıb

26.01.2025, 23:22
Xaçmazda gənc dostu tərəfindən bıçaqlanıb

Xaçmazda bıçaqlanma hadisəsi olub.

“Report”un Şimal bürosunun məlumatına görə, rayonun Xaspolad-oba kəndində 2003-cü il təvəllüdlü Ramin Ədilov bıçaq xəsarəti alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

R.Ədilov bildirib ki, ona dostu Seyidbaba adlı şəxs bıçaq xəsarəti yetirib. Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol