Mərkəzi Seçki Komissiyası bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində seçici fəallığını açıqlayıb.
APA-nın məlumatına görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 1 874 810 nəfər səs verib və seçici fəallığı 31.45 faiz olub.
Səsvermənin gedişi və nəticələri barədə məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Qeyd edək ki, bələdiyyə seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib, səsvermə saat 19:00-da başa çatıb. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.


Şərhlər
Hamı bilir ki, saxtadır. Gedənlər də ya onların öz adamları, ya da psixoloji pozğunluğu olanlardır.
Hansı insan ( özünə hörmət qoyan , özünü şəxs hesab edən ) görmədiyi,
tanımadığı,təmasda olmadığı insanın seçkisinə gedər və onu istədiyini bəyan edər? Axı namizələri görmədən,tanəmadan,eşitmədən.ona etimad hiss etmədən seçkiyə gedib ona səsini verər?MSK-da,Konstitusiya Məhkəməsində bunu üşünə bilirlərmi?Axı seçki günü Bakı küçələri boş,srçki məntqələrində üzlər və "müşahidəçilərdən başqa insan gözə dəymirdi.bəs bu 31 faiz haradan çıxdı?Özü də seçici hququ olan vətəndaşların cəmi 31 faiz səsi ilə keçirilən seçki necə leğitim sayılar?
Azərbaycanda bələdiyyə seçkilərində az adam iştirak edib....Bunu seçki günü şəhər küçələrinin boş olduğu.seçki məntəqələrindəki insan boşluğu əyani sübut edib.İkinci tərəfdən hələ 31 faiz şübhəli seçici iştirakına diqqət etsək seçmə hüququ olan vətəndaşların 31 faizinin iştirakı seçkinin leğitim
olmamadığıını təsdiqləyir.....