Bu il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1 778,5 min nəfər olub, onlardan 882,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Məlumata görə, muzdla işləyənlərin 18,5 %i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 %i təhsil, 13,5 %i sənaye, 8,5 %i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 %i tikinti, 6,3 %i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %i peşə, elmi və texniki fəaliyyət, 2,7 %i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %i maliyyə və sığorta fəaliyyəti, 15,1 %i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2024-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,1 % artaraq 1009,2 manat təşkil etmişdir. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.


Şərhlər
Bu idarənin məlumatlarına nanan varmı? 8.1 faiz maaş artımı ilə 35-60 fauz bahalaşmanı müqayiə etmiinizmi?Real halda xalqln güzərannı nə qədər ağırlaşırdığınızın fərquni anlamaq qabiliyyətiniz varmı? Hakimiyyət belə biabırçılıqlara göz yunub və belə qeyru ciddi "məmurlarına"necə inanır: