Menu

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb

08.02.2025, 10:49
Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb

Azərbaycanda hazırda 2 min 503 vəkil fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.

Bildirilib ki, bunlardan 2 min 3 nəfəri kişi, 500 nəfəri qadındır. Həmin şəxslərdən 2 min 34 nəfəri Bakıda, 469 nəfəri isə regionlarda fəaliyyət göstərir:

"Vəkilliyə test üsulu ilə qəbulun 2004-2018-ci il aralığında (14 il ərzində) 5 yazılı test imtahanı, son 7 il ərzində isə 14 yazılı test imtahanı keçirilib və vəkillərin sayı 3 dəfədən çox artıb".

Bildirilib ki, 2024-cü ildə Vəkillərin İxtisas Komissiyası tərəfindən imtahanın şifahi mərhələsi üzrə 15 iclas, vəkilliyə qəbulla bağlı isə 2 yazılı test imtahanı keçirilib. İxtisas imtahanlarının yazılı test mərhələlərində ümumilikdə 911 namizəd iştirak edib və 377 nəfər müvəffəqiyyət qazanıb.

"Eyni zamanda hesabat ili ərzində 148 nəfər şifahi müsahibədə iştirak edib. Bildirmək istərdik ki, bu namizədlərdən 58 nəfərin nəticələri elan olunub və 44 nəfər növbəti mərhələyə keçib, 107 nəfər isə vəkil andı içib. Yekunda vəkillərin sayı artaraq 2503-ə çatıb".

Şərhlər

Azər 2025-02-08 14:38:24

Kifayət qədər böyük rəqəmdir və bu yaxşı hal deyildir,belə ki, çox vaxt bizdə adambaşına düşən vəkillərin sayını Avropa ilə müqayisə edirlər, amma başa düşmürlər ki, Azərbaycan Avropa deyil.
1. Azərbaycanda əhalinin ödəniş qabiliyyəti Avropadakı kimi deyil, insanlar vəkil xidmətindən istifadə etməkdə maraqlı deyillər.
2. Bizim hüquq-mühafizə orqanları Avropadakı kimi deyildir, vəkiln iş effktliyi çox aşağıdır, xüsusilə cinayət işlərində, istintaq orqanlarının vı prokurorluğun qarşısıalınmaz diktəsi mövcuddur, odur ki, cinayət işlərində vəkillik formal xarakter alır.
3. Azərbaycanda əhalinin vəkillərlə işləmək "mədəniyyəti" çox aşağıdır, yalnız problem "reanimasiya"lıq olanda vəkilə müraciət edirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol