Menu

Azərbaycanl turistlər Gürcüstanda ermənilərdən 5 dəfə çox pul xərcləyib

25.02.2025, 15:27
Azərbaycanl turistlər Gürcüstanda ermənilərdən 5 dəfə çox pul xərcləyib

2024-cü ildə Gürcüstana 187,7 min Azərbaycan vətəndaşı səfər edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Bankı məlumat yayıb. Məlumatına görə il ərzində azərbaycanlılar qonşu ölkədə 167,2 milyon dollar xərcləyiblər. Bu, adambaşı 890 dollar xərc təşkil edir.

Qeyd olunur ki, ötən il Azərbaycan ilə müqayisədə Ermənistandan Gürcüstana 5 dəfə çox insan gəlib.

Müqayisə üçün qeyd edək ki, Ermənistan vətəndaşları Gürcüstanda 158,4 milyon dollar xərcləyiblər. Bu da adambaşına 167 dollar deməkdir. Bir azərbaycanlı turist orta hesabla erməni turistdən 5 dəfə çox vəsait xərcləyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol