İsrail Türkiyənin Suriyada 3 hərbi baza quracağını öyrənib və soyqrımçı Tel-Əviv rəhbərliyi bunun qarşısını almaq üçün ABŞ-yə müraciət edib.
“AzPolitika” xəbər verir ki, belə bir iddia ilə İsrailin “İsrail Hayom” nəşri çıxış edib.
Təl-Əviv rəhbərliyinin Türkiyənin Suriyada hərbi baza qurmaması üçün ABŞ-dən zəmanət istədiyi iddia edilib.
Baas rejiminin devrilməsindən sonra Türkiyə ordusunun Suriyada birbaşa iştirak edəcəyi bir dövrə hazırlaşdığına dair iddiaların yer aldığı xəbərdə prezident Rəcəb Tayyib Ərdoğanın sözləri də yer alıb.
Xəbərdə Ərdoğanın “Etnik və dini mənsubiyyəti təhrik edərək Suriyadakı qeyri-sabitlikdən faydalanmağa çalışanlar bilsinlər ki, məqsədlərinə çata bilməyəcəklər” sözləri xatırladılıb.
“AzPolitika.info”


Şərhlər