Menu

Bakıda avtomobildə İrandan göndərilən 32 kq narkotik aşkarlanıb

12.03.2025, 11:00
Bakıda avtomobildə İrandan göndərilən 32 kq narkotik aşkarlanıb

Bakıda avtomobildə 32 kq narkotik aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən sonuncu tədbir zamanı 32 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana dövriyyədən çıxarılıb.

Belə ki, daxil olan məlumat əsasında paytaxtın Nərimanov rayonunda baş tutan əməliyyat nəticəsində əvvəllər soyğunçuluq, avtomobil qaçırtma və narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum edilmiş 37 yaşlı Kənan Salmanov tutulub. Narkotik vasitələr həmin şəxs saxlanılarkən onun idarə etdiyi nəqliyyat vasitəsindən aşkarlanıb.

K.Salmanov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindəki gizli yerdən götürdüyünü və maddi gəlir qazanmaq üçün ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs məhkəmənin qərarı ilə həbs olunub.

Ölkə ərazisində polis əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə davam etdirilir.

Şərhlər

Cavad 2025-03-12 17:16:45

Axı quru yolları bağlıdır.Bəs narkoyik necə keçir?Məgər sərhədimiz qorunmur?bir də axı kəlbəcər və digər rayonlarda oliqarxların narkorik plantasiyaları olduğu barədə xəbərlər də tez-tez mətbuata sızılır.Bu sahədə nələr baş verir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol