AzTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramında Ermənistanın sürətlə silahlanmasının səbəbləri haqqında danışılıb.
"AzPolitika" xəbər verir ki, Rövşən Məmmədov proqramda bunları deyib: “Müşahidələr də göstərir ki, bu gün Ermənistan oyunlarını 2 əsas istiqamətdə davam etdirir. Bunlar hansılardır? Birinci, hərbi ritorikanı gücləndirir. Faktlar da bu versiyanı təsdiqləyir. Belə ki, bəzi məlumatlara görə, rəsmi İrəvan aprelin 1-dən iyunun 13-dək olan tarixlər arasında ehtiyatda olan hərbçilərin toplanışını keçirməyi planlaşdırır. Yeri gəlmişkən, toplanış 2 ay yarıma qədər davam edəcək ki, bu da standart təlim müddəti deyil. Deməli, məğlub tərəf daha ciddi planlar qurur. İkincisi, avropalı müşahidəçilərin xeyli fəallaşması, onların sərhəd boyunca, xüsusilə də, mümkün toqquşma zonalarında kəşfiyyat işləri aparması, sistematik olaraq öz aləmlərində Azərbaycanın zəif mövqelərini müəyyənləşdirmək cəhdləri özlüyündə çox ciddi mətləblərdən xəbər verir.”
Daha ətraflı videoda:

Şərhlər
Bizimkilər isə rayonları gəzir.Azərbaycan xalqını nə gözləyir?
Mediamız titri ilə bilməsək də ölkəmizə aid va cib xəbərləri çatdırır və *siyasətlə* heç təhlildən keçirmədən təhdidçiyə yayınma variantlarını sadalayır? Özümüzə, dövlətimizə yan təsirsiz, heç bir asılılıqsız, təhlükəsiz müstəqil yüksək rifahla yaşamaq üçün *daha nə zəruridir ondan yazmaq, danışmaq gərək deyilmi? Nə Ermənistan, nə Avropa Parlamenti, nə Aİ, heç tərəfdaşlarımız da birzdən sormadıqlarını belə nədən təklif edirik? Axı, heç kim, heç kəsə tövsiyə vermir və özünə aid, gərək olanı qətiyyətlə tələb edir?!
AzTv rəhbəri gah rusyanı hədələyir gah özündən savaş ssenarisi yazır .Birazdan Kremlin bizim ən yaxın müttəfiqimiz olduğunu desə təccüblənməyin ...